Avtomobil neçə müddətdən bir diaqnostika edilməlidir? –"İstehsalçı başqa, dövlət başqa şey deyir"
Texniki nasazlığı olan avtomobilin yolda qalması digər sürücülər üçün də təhlükəlidir. Bunun qarşısını almaq üçün ayrı-ayrı ölkələrin qanunvericilyində məcburi diaqnostika müddəti nəzərdə tutulub.
Bəs, əslində maşını nə qədər müddətdən bir texniki baxışdan keçirmək lazımdır?
Mövzu ilə bağlı ted.az-a danışan avtomobil üzrə mütəxəssis Eldəniz Cəfərov bildirib ki, avtomobilləri mövsümi olaraq diaqnostika etmək məsləhətdir. Bu, həm köhnə, həm də yeni modellərə aiddir: "Çünki onun hər fəsilə uyğun tələbləri ola bilər. Təkərlərin havası, mühərrik, ötürücü qurğu, digər cihazların yoxlanması olduqca vacibdir. Xüsusilə də qışın gəlişi ilə bu diaqnostika mütləqdir. Dövlət qanunlara görə, hər avtomobil ən azı ildə bir dəfə qeydiyyatdan keçirilir və nasazlıqlarla bağlı müvafiq göstərişlər verilir”.
Mütəxəssis vurğulayıb ki, azərbaycanlı sürücülər bu baxımdan iki kateqoriyaya bölünürlər: “Birinci qrup avtomobilə çox, digəri isə az diqqət yetirir. Maşına diqqət edənlər məsuliyyətli sürücülər sayılırlar. Onlar mütəmadi olaraq diaqnostikanı edir, lazımi ehtiyat hissələrini dəyişdirirlər. Digərləri isə avtomobilin texniki baxışına əhəmiyyət vermirlər. Görünür, burada həm də iqtisai vəziyyəti nəzərə almaq lazımdır. Maddi imkanı aşağı olan şəxs avtomobillə lazımi texniki qulluğu təmin edə bilmir”.
Ekspert həm də qeyd edib ki, avtomobil istehsalçılarının reqlamentinə görə, avtomobillər hər 10 min kilometrdən bir diaqnostika olunmalıdır. Bu zaman müəyyən yoxlama işləri aparılır, hansısa ehtiyat hissəsində nasazlıq yarandıqda təmir olunur.
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO












