Avtomobil nömrəsinin qanuni yolla "perekidka" edilməsi- Qaydalar

Bəzi sürücülər idarə etdikləri avtomobilləri tez-tez dəyişib yenisini alırlar. Bu zaman avtomobilin üzərində olan qeydiyyat nişanını yeni aldıqları avtomobilə təhkim etmək istəyirlər. Bəs bunun qanuni proseduru və rüsumları nə qədərdir?
Avtosfer.az xəbər verir ki, mövcud "Yol Hərəkəti Haqqında Qanun"da qeydiyyat nişanının saxlancda qalması (bron edilməsi) nəzərdə tutulmadığı üçün bunun qanuni proseduru fərqlidir. Belə ki, sürücü hal hazırki idarə etdiyi avtomobilini özgəninkiləşdirən zaman yeni aldığı avtomobili də həmin vaxt qeydiyyat-imtahan idarəsinə gətirməlidir. Avtomobillər müayinə edildikdən sonra alqı satqı müqaviləsi bağlanmalı, bundan sonra digər nəzərdə tutulmuş otaqlarda xüsusi qeydlər aparılmalı və daha sonra həmin şəxs qeydiyyatda olduğu rayonun otağına yaxınlaşmalıdır. Bu zaman o, qeydiyyat nişanının yeni avtomobilə təhkim edilməsini bildirməlidir. Sadalanan bu prosedurlardan sonra qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumlarını (30 manat qeydiyyat şəhadətnaməsi, 30 manat qeydiyyat nişanı və mühərrikin həcminə görə olan rüsumları) ödədikdən sonra yeni aldığı avtomobilə əvvəlki qeydiyyat nişanını təhkim etməklə rəsmiləşdirə bilər.
Qeyd edək ki, xüsusi rəqəm və hərf kombinasiyasından ibarət olan qeydiyyat nişanları (001-009, 100-900, 111-999 olan qeydiyyat nişanları) digər avtomobilə təkrar təhkim edilən zaman, yenə də qeydiyyat nişanı üçün 30 manat rüsum ödənilir.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












