Avtomobil silgəclərinin ömrünü sadə yollarla necə uzada bilərik?

Avtomobilin bütün başqa detal və hissələri kimi qış fəslindən sonra şüşə silgəclərinin də xüsusi baxıma ehtiyacı var.
Bəlli olduğu kimi yağıntılı mövsümdə silgəclərdən daha çox istifadə olunur.
Təlimata əsasən, fırçalar ildə təxminən bir dəfə dəyişdirilməli, hətta yoxlama və təmir daha tez-tez aparılmalıdır. Bu, silgəclərin istifadə müddətini daha da artıracaq və pulunuza qənaət edəcəkdir.
Əvvəlcə baharın gəlməsi ilə fırçaların çərçivəsini korroziya üçün yoxlamalısınız.
Yaz aylarının gəlişi ilə ilkin olaraq fırça çərçivəsinin korroziyaya (paslanmaya) uğrayıb-uğramadığını yoxlamaq lazımdır.
Qeyd etmək lazımdır ki, silgəclərin rezin hissəsində yaranan çatlar fırçaların şüşə ilə təmasını pisləşdirir və işinin səmərəliyini azaldır.
Silgəclərin uzun müddət avtomobilinizə xidmət etməsi üçün aşağıda sadalanan sadə variantları bilməniz kifayətdir:
• mütəmadi olaraq ön şüşəni və fırçaların rezin lentlərini təmizləyib yuyun;
• mövsümün istilik rejiminə uyğun olan yüksək keyfiyyətli yuyucu vasitələrdən istifadə edin;
• yuyucu rezervuarını tamamilə boşaltmayın, nəzarət edərək içərisinə maye tökün;
• şüşədə böyük çirk, zibil və ya yarpaq parçaları olduqda fırçaları istifadə eməyin;
• şüşədəki şaxtanı və buzları fırçalarla təmizləməyin;
• fırçaları ölçülərə uyğun olaraq seçin;
Nərminə Əli
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO












