Avtomobili hansı dövriyyə ilə idarə etmək məsləhətlidir

Mütəxəssislər avtomobili hansı dövriyyədə idarə etmənin mühərrikə ziyan vermədiyini açıqladı.
Avtosfer.az bildirir ki, mütəxəssislərin fikrinə görə 4500 dövriyyədən sonra avtomobilin mühərrikində yükün artması və enerji blokunun həddindən artıq isinməsi baş verir. Bu da yağ istehlakının artmasına səbəb olur. Gələcəkdə bu sürüş tərzi avtomobil sahibi üçün bahalı təmirlə nəticələnə bilər.
İkinci halda isə 1000-1200 dövriyyə ilə hərəkət edən avtomobilin mühərrikində yağ təzyiqi azalır və sonra yağ pompası işini dayandırır. Nəticədə mühərrikin yağı daha az təsirli olur, elementlərin divarlarında sürtünmə meydana gəlir və sürtünmə hissələri daha pis yağlanır.
Digər tərəfdən isə mühərrik klapanları daha sürətli köhnəlir. Çünki elementin dönə bilməməsi səbəbindən səthlərində kiçik çöküntülər meydana gəlir.
Bu hallardan yayınmaq üçün mütəxəssislər avtomobili 1800-3000 dövriyyə ilə sürməyi məsləhət görür. Əks halda mühərrik daha çox yüklənir və bu da onun vaxtından əvvəl sıradan çıxmasına səbəb olur.
Aysel
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT













