Avtomobilimi necə park edim?

Yolların bir hissəsi avtomobil dayanacağı kimi istifadə olunur ki, bu da tıxacların yaranmasına səbəb olur
Paytaxtımızın qlobal problemlərindən biri – “avtomobilimi necə park edim?” dərdi və əsas da bu səbəblə yaranan tıxaclar. Yolların bir hissəsi avtomobil dayanacağı kimi istifadə olunur ki, bu da tıxacların yaranmasına səbəb olur. Tıxacların aradan götürülməsi üçün müxtəlif təkliflər irəli sürülüb tətbiq olunsa da hələ də problem olaraq qalmaqdadır. Belə təkliflərdən biri də çoxmərtəbəli dayanacaqların tikilməsidir. Çoxmərtəbəli dayanacaq kiçik məkanlarda çoxlu avtomobil yerləşdirmək deməkdir. Lakin çoxmərtəbəli dayanacaqlarda maşınların hərəkət etməsini təmin etmək o qədər də asan deyil, çünki bu tip dayanacaqların elə böyük hissəsini avtomobillərin belə dayanacaqlara gəlib-getməsi üçün ayrılan yollar tutur.
Mövzu ilə bağlı “İki sahil”ə açıqlama verən ekspert Elməddin Muradlı bildirib ki, qanunsuz parklanmaların qarşısısını almaq üçün zaman-zaman müxtəlif fikirlər, təkliflər səslənir və hətta müəyyən açıqlamalar verilir: “Bu prosesin qarşısını almaq üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən aidiyyəti qurumlara müraciət edilir, lakin tədbir görülmür. Əslində bunun qarşısını köklü şəkildə almaq mümkündür sadəcə iradə göstərmək və ciddi yanaşmaq lazımdır.”
Ekspert qeyd edib ki, parklanma imkanları bugün Bakı şəhərində çox məhduddur: “Hər dəfə Bakı Nəqliyyat Agentliyi elan edir ki, vətəndaşlar özlərinə başqa yerdə yer tapsınlar, Bakı şəhəri parklanma üçün yox, piyadaların gəzintisi üçün nəzərdə tutulub.” Bu ideyanı dəstəklədiyini bildirən E.Muradlı qeyd edib ki, bu gün binaları elə bir vəziyyətdə tikirlər ki, orada yanğınsöndürən və təcili tibbi yardım maşınları rahat hərəkət edə bilmirlər: “Bunun qarşısını prokurorluq vaxtında almalıydı. Həmin binanın tikintisi ilə məşğul olanlara və tikinti sahibinə cinayət işi qaldırmalı idi. Belə qayda pozuntuları ilə ciddi mübarizə aparmaq lazım idi. Çox təəssüf ki, bunu etməyiblər. İndi də arxadan atılan daş kimi bu işi görmək istəyirlər. Mən düşünürəm ki, gec-tez bu sahəylə bağlı ciddi mübarizə tədbirləri görülməlidir. Çünki lazımi tədbirlər görülmədikcə vəziyyət daha da acınacaqlı olacaq.
Bu gün yenə də hardasa boş torpaq ərazisi görən tikinti şirkəti orada boş yer saxlamadan nəsə inşa etməyə başlayır. Binanın həyətində və ya ətrafında parklanma üçün yerlər belə saxlanılmır. Satdığı mənzillərin sakinlərinin belə maşınlarını harada saxlayacağı barədə qətiyyən maraqlanmır. Belə problemlər yaranır. Ona görə də insanlar binaların həyətində maşınlarını necə gəldi saxlayırlar. Bu insanlara da Bakı Nəqliyyat Agentliyi ya da Post Patrul xidməti onlara xəbərdarlıq etməlidirilər ki, o insanlar ya parklanma üçün yer tələb etsinlər, ya da maşınlarını evlərindən kənarda park üçün nəzərdə tutulmuş bir yerdə saxlayıb evlərinə piyada getsinlər.”
Ekspertin sözlərinə görə, insan həyatı, başqalarının əmlakı qorunmalıdır. Bu da vaxtında müdaxilə etdikdə mümkün olur: “Yanğın baş verir, ev yanıb külə dönəndən sonra yanğınsöndürən birtəhər müdaxilə edə bilir. Bu məsələlərə aidiyyəti olan bütün qurumlar birgə yanaşmalıdır. Birgə mübarizə tədbirləri həyata keçirilməlidir.”
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Bu nişanı səhv başa düşən sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Sarı torun üzərində dayanmaq olarmı? – AÇIQLAMA – VİDEO










