Bakıda sürücülər parkinq üçün nə qədər pul xərcləyir? - SORĞU

Sosial Tədqiqatlar Mərkəzi Bakı şəhəri əhalisi arasında nəqliyyatdan istifadə ilə bağlı telefon sorğusu keçirib. Sorğuda 1254 respondent iştirak edib. Sorğuda əminlik intervalı 95.0%, statistik xəta əmsalı 2.8% təşkil edib. Avtosfer.az xəbər verir ki, müntəzəm olaraq avtomobil idarə edənlərdən park etmək üçün yer tapmağa adətən nə qədər vaxt sərf etdiyi də soruşulub. Beləliklə, sürücülərin bu işə hər dəfə ortalama olaraq 13 dəqiqə sərf etdikləri məlum olub.
Yerüstü parkinqlərin əksəriyyətinin ödənişsiz olması tez-tez rəsmilər tərəfindən bildirilsə də, rəyi öyrənilən əksər sürücülər (78%) bu və ya digər tezliklə yol nişanlarında parkinqin ödənişsiz olması göstərildiyi halda onlardan ödəniş tələb edilməsi halları ilə rastlaşır. Hətta 33.8% bunun həmişə baş verdiyini bildirib. Sürücülərin demək olar ki, yarısı (48.2%) ay ərzində 1-10 manat aralığındakı miqdarda parkinq üçün ödəniş edir. Nisbətən daha çox sürücü isə (56.2%) müxtəlif saylarda son 1 il ərzində dayanma-durma və parkinqə görə elektron protokolun tərtib edilməsi halları ilə rastlaşıb. Həmin sürücülərin 9.5%-i protokollardan birini, 5.9% ikisini və 3.5% isə üçünü əsassız hesab edir. Protokolu əsassız hesab edən 121 respondentin cəmi 24.8%-i bununla bağlı ən azı bir quruma şikayət edib.
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yola girsəniz 100 manat + 2 bal CƏRİMƏ OLUNACAQSIZ
Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO












