Bakıda sürücülərin mübahisə etdiyi küçə: burada yol kimindir? - CAVAB - VİDEO
Bir neçə sürücü Avtosfer.az-a müraciət edərək bildirib ki, Xocalı prospektində - Xətai rayon İcra Hakimiyyətinin qarşısında hərəkətin təşkili ilə bağlı problem var. Həmin ərazidə sürücülər bir-birinə yol verməyərək dəfələrlə mübahisə ediblər. Hətta zaman-zaman qəzalar da baş verib. Həmin sürücülər ərazidən çəkilən görüntüləri Avtosfer.az-a göndərib və burada üstünlüyün hansı tərəfə verilməsi ilə bağlı sual ünvanlayıblar.
Avtosfer.az bildirir ki, “Yol hərəkəti haqqında” qanunun tələbinə görə, həmin ərazidə hərəkət növbəliliyi hər hansı formada nizamlanmadığı üçün sol tərəfdən hərəkət edən sürücülər sağ tərəfdən düzünə gedənlərə yol verməlidirlər. Yəni, videonun qeydə alındığı avtomobil hərəkət üstünlüyünə malikdir. Çünki qanun deyir ki, mövcud situasiyada sağdan düzünə gələn nəqliyyat vasitələri üstünlüyə malikdir.
Görünür, bəzi sürücüləri başa salmaq üçün əraziyə mütləq “Stop”, “Yol ver” (2.4, 2.5) nişanları qoyulmalı və ya nişanlanma xətləri ilə hərəkət növbəliliyi tənzimlənməlidir.
Orxan
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












