“BioNTech”in baş direktoru açıqladı: “Omikron”a yoluxacaqlar, lakin ... - VİDEO

Türkiyəli professor Uğur Şahin: “Peyvənd olunmayan insanlar daha ciddi fəsadlarla üzləşə bilər”
Koronavirusun “Omikron” variantının getdikcə bütün dünyaya təsir etməsi səhiyyə təşkilatlarında qorxu yaratmağa başlayıb.
“BioNTech”in baş direktoru və həmtəsisçisi Uğur Şahin verdiyi açıqlamada variantın malik olduğu mutasiyalar səbəbindən peyvənd edilmiş insanların da yoluxa biləcəyini, lakin onlarda virusun ciddi fəsadlara səbəb olmayacağını söyləyib. U. Şahin yeni Covid-19 peyvəndinə ehtiyac olacağını da vurğulayıb.
Məlumat verək ki, 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində müşahidə olunan Covid-19-a yoluxanların sayı dünya üzrə 260 milyonu keçdiyi halda, epidemiyadan ölənlərin sayı 5,4 milyonu keçib.
Uğur Şahin yeni varianta yoluxanlar haqqında geniş izahat verib: “Çox sayda mutasiyaya uğramış variantımız var. Düşünürük ki, “Omikron” antikorlardan yayına bilər. Peyvənd edilmiş insanlara və daha əvvəl Covid-ə yoluxmuş insanlara keçə bilər. Bu, aydındır. Lakin yeni variantın peyvənd olunmuş insanlarda ciddi xəstəliklərə səbəb ola biləcəyi bəlli deyil. Peyvənd edilmiş insanların ciddi xəstəliklərdən qorunub-qorunmayacağı da aydın deyil. Bununla belə, peyvənd edilmiş insanların ağır xəstəliklərdən qorunacağına ümid edirik. Peyvənd olunmayan insanlar daha ciddi fəsadlarla üzləşə bilər”.
Türkiyəli professor “omikron” haqqında araşdırmalarının yaxın həftələrdə nəticələrini əldə edəcəklərini də açıqlayıb:
“Yeni variant gözlədiyimdən tez ortaya çıxdı. Hazırda biz bir neçə həftə ərzində yeni variantın real nəticələrini gözləyirik.
Biz əminik ki, gücləndirici dozaları da qəbul edən insanlar ciddi xəstəliklərdən qorunacaqlar. Bunu bir neçə həftəyə dəqiqliyi ilə öyrənəcəyik”.
“BioNTech”in qurucularından biri olan alim Özlem Türeci də konfransda məsələ ilə bağlı fikirlərini bildirib: "Ən böyük hədəflərimizdən biri peyvəndləri yoxsul ölkələrə və kənd yerlərinə göndərməkdir. Kasıb və inkişaf etməkdə olan ölkələr üçün xüsusi həllər istehsal etməyə çalışırıq. Hər kəs bununla bağlı bizə qoşula, qeyd etdiyimiz ərazilərə peyvənd çatdıra bilər. Covid-19-dan əlavə, xərçəng də dünyanı təsir altına alan bir pandemiya sayılır. Potensial xərçəng peyvəndimiz üzərində də işlərimizi davam etdiririk”.
Qeyd edək ki, “BioNTech” koronavirus vaksini üzərində işi ABŞ-ın “Pfizer” şirkəti ilə birgə aparır. Ona görə də bu peyvəndin adı dünya mediasında “Pfizer”- “BioNTech” kimi hallanır. Uğur Şahin və Özləm Türəci “BioNTech” şirkətinin əsasını birlikdə qoyublar. Yəni onlar bu şirkətin sahibidirlər. Amma cütlüyün şirkətdə konkret vəzifələri də var. Uğur Şahin “BioNTech”in baş direktoru, Özləm Türəci baş həkimidir./Musavat.com
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Bu nişanı səhv başa düşən sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Sarı torun üzərində dayanmaq olarmı? – AÇIQLAMA – VİDEO
Xaricilər Bakıda niyə maşın sürmək istəmir? – Mütəxəssis səbəbləri AÇIQLADI - VİDEO
Bu yolda manevr etmək qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Avtomobilə taxılan üzlüklər qəza riskini artırır? – ARAŞDIRMA
Bu manevr sürücünü qəza ilə üz-üzə qoya bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO










