Bu halda qarşıdakı nəqliyyat vasitəsini sağdan ötə bilərsiniz - İZAHLI VİDEO

Ötmə yollarda nəqliyyat vasitələri ilə tez-tez həyata keçirilən, kifayət qədər mürəkkəb manevrlərdən biridir. Baş verən yol nəqliyyat hadisələrinin böyük bir hissəsi ötmə qaydalarının pozulmasından yaranır. Bu qaydanın pozulması nəticəsində baş verən faciəvi qəzalar xüsusən respublika əhəmiyyətli yollarda, sürücülərin dili ilə desək rayon yollarında qeydə alınır. Təəssüf ki, bəzi sürücülər ötmənin nə olduğunu və onun anlayışını hələ də bilmir.
Ötmə nədir və hansı hallarda etdiyimiz manevrlər ötmə sayılır?
Ötmə- hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir. Ötməyə verilmiş anlayışdan məlum olur ki, zolağı dəyişərək qarşımızda gedən nəqliyyat vasitəsini keçməyimiz ötmə sayılır. Solumuzda və ya sağımızda asta gedən maşını zolağı dəyişmədən keçiriksə bu hərəkət ötmə sayılmır. Qanunvericiliyə görə ötmə yalnız sol tərəfdən həyata keçirilməlidir. Sağdan ötməyə yalnız o halda icazə verilir ki, qarşımızdakı avtomobil sola və ya geriyə dönmək üçün dönmə işığı yandırıb və bu manevri həyata keçirir. Bu zaman qarşımızdakı həmin nəqliyyat vasitəsini yalnız sağ tərəfdən ötməliyik. Bu halda sol tərəfdən ötmə qadağandır.
Qarşımızda dayanmış nəqliyyat vasitəsi olduqda və sağ zolaq boş olduqda həmin nəqliyyat vasitəsini sağ tərəfdən keçə bilərik. Bu ötmə sayılmır. Çünki qanunvericilikdə qeyd olunub ki, zolağı dəyişərək qarşıda hərəkətdə olan nəqliyyat vasitəsini keçmə ötmə sayılır.
Ötməyə aid ətraflı izahı təqdim etdiyimiz videoda izləyə bilərsiniz:
Təbriz Yusubov
Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO
Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO
Piyada qəfil yola çıxarsa sürücü nə etməlidir? – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ
Sürücülərin diqqət etmədiyi təhlükə: Avtobusla piyadaların arasında qalmaq – VİDEO
Sürücülər qəzalardan yayınmaq üçün nəyə hazır olmalıdır? – Mütəxəssis AÇIQLADI – VİDEO
Sürücünün düşüncə tərzi qəzaya səbəb ola bilərmi? – Mütəxəssis AÇIQLADI - VİDEO
Sürücülərin bu səhvləri avtomatik sürətlər qutusunu sıradan çıxarır - ARAŞDIRMA
Sürücülərin çoxu bu səhvi edir: İsti havada avtomobili necə düzgün soyutmaq olar?
"Dayanma" ilə "durma"nın fərqi nədir? – Mütəxəssisdən İZAH – VİDEO










