Bu halda yol polisinə tabe olmuş sayılırsınız: Bilmədiyiniz məqamların açıqlaması - VİDEO

Bəzən yol polisi sürücülərə saxla işarəsi verən zaman onlar bu əmrə tabe olmadan hərəkətlərinə davam edir. Bu prosesin hansı formada davam etməsini oxuculara izah edəcəyik.
Avtosfer.az">Avtosfer.az xəbər verir ki, yol polisi nəqliyyat vasitəsinə saxla əmrini fit və jezllə işarə verməli və ya səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə etməlidir.
Sürücü hər hansı bir səbəbə görə bu əmrə tabe olmadıqda pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi, hərəkət istiqaməti, dövlət qeydiyyat nişanı və digər mühüm əlamətləri göstərilməklə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşlarına radio-cihaz vasitəsilə məlumat verilir və bundan sonra yazılı formada müvafiq raport tərtib edilir.
Bəzən yol polisi saxla tələbinə əməl etməyən sürücünü özü təqib edərək qarşıda dayandıraraq ona İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi üzrə tabesizlik cəriməsi yazır. Qeyd edək ki, bu yanlış addımdır.
Yol Hərəkəti Haqqında Qanunun 85-ci maddəsinin qeyd hissəsində yazıldığı kimi, sürücünün tabe olmadığını qeydə aldıqdan sonra radio-cihaz vasitəsi ilə məlumat verərək müvafiq raport tərib etməlidir. Əgər özü patrul avtomobili ilə nəqliyyat vasitəsini təqib edərək sürücünü dayandırırsa, deməli sürücü ona tabe olmuş sayılır. Buna görə isə həmin sürücüyə tabe olmamaq üzrə qərar verilməsi qanunsuzdur.
Avto fm radiosunda yayımlanan verilişdə hüquqşünas Ərşad Hüseynov sürücülərə bu məsələni ətraflı şəkildə izah edib.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












