Cərimə ödənişi zamanı əlavə xidmət haqqının tutulması sürücüləri narazı salır - VİDEO

Ödəniş terminallarında tutulan xidmət haqqı cəriməsini vaxtında ödəmək istəyən sürücüləri əlavə xərcə salır. Məsələn, hansısa qayda pozuntusuna görə yazılan cəriməni vaxtında ödəmək istədikdə ödəmə terminalı 1 manat xidmət haqqı tutur. Bu isə sürücülərin narazılığına səbəb olub.
Sürücülər deyir ki, cəriməni ödədikdə "MilliÖN" və "eManat" ödəniş terminallarında xidmət haqqı çıxılır.
Qeyd edək ki, sürücülər cəriməni üç gün ərzində ödədikdə onlara 10 faiz güzəşt edilir. Ancaq ödəmə terminalları 1 manat əlavə xidmət haqqı tutan zaman demək olar ki, sürücülər bu güzəştdən yararlana bilmirlər.
Məsələ ilə bağlı "MilliÖN" müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva bildirdi ki, ödəmə terminallarında Daxili İşlər Nazirliyi ilə bağlı olan cərimə ödənişləri 2018-ci ildən mövcuddur və müştərinin cərimə məbləğindən asılı olmayaraq ödənişi zamanı əlavə xidmət haqqı olaraq 1 manat dəyərində komissiya tutulur.
"eManat" ödəmə terminallarının məxsus olduğu şirkətlə də əlaqə saxlasaq da, bayram günləri olduğundan suallarımıza cavab verən olmadı.
Əlavə edək ki, cərimələri "ASAN ödəniş" terminallarında ödədikdə heç bir xidmət haqqı çıxılmır.
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO












