Bir neçə rayonun yol polisi və şagirdləri “Yolunuzu bizdən salın!” dedi - FOTOLAR

Mayın 18-də 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq “Yolunuzu bizdən salın!” mövzusunda Respublika üzrə növbəti onlayn yarış Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Balakən, Ağdaş, Göyçay, Lerik rayon uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilib.
Məqsəd respublikamızın müxtəlif bölgələrində təhsil alan şagirdlərin yol hərəkəti qaydaları haqqında bilik səviyyələrini yoxlamaq, onların bu sahəyə marağını artırmaqdan ibarət olub.
Yarışda DİN Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı Pərvanə Muradova, Qazax rayon DYP-nin rəisi, polis baş leytenantı Vüqar Məmmədov, Ağstafa rayon DYP-nin baş inspektoru, polis leytenantı Elvin Aydınov, Göyçay rayon DYP-nin polis baş leytenantı Mirxəyal Hüseynov, Balakən rayon DYP-nin baş inspektoru, polis baş leytenantı İlkin Hümbətov, Ağdaş rayon DYP-nin inspektoru, polis kapitanı Etibar Vəliyev, Tovuz rayon DYP-nin əməkdaşı, polis kapitanı Anar Rəhimov, Gədəbəy rayon DYP-nin baş inspektoru, polis baş leytenantı Ramin Məmmədov, Şəmkir rayon DYP-nin əməkdaşı, polis kapitanı Müseyib Məmmədov, Lerik rayon DYP-nin əməkdaşı, polis kapitanı Tahir Quluyev, Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və rayon uşaq-gənclər inkişaf mərkəzlərinin əməkdaşları, müəllimlər və valideynlər iştirak edib.
Münsiflər heyəti Baş Dövlət Yol Polisi İdarəsininin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı Pərvanə Muradova, Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova olub.
Yarış Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Balakən, Ağdaş, Göyçay, Lerik rayon uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərindən təşkil olunmuş 9 komanda arasında 2 raundda keçirilib. Hər komanda 5 üzvdən ibarət olub. 45 şagirdin cəlb olunduğu yarışın I raundunda mövzu ilə bağlı rəsm çəkilib, II raundunda uşaqların yol hərəkəti qaydaları ilə bağlı nəzəri bilikləri ekranda əks olunan suallarla yoxlanılıb.
Hər bir komandanın mövzu ilə bağlı çəkdiyi rəsmlər qiymətləndirilərək onların nəticələrinə əlavə olunub.
Yarışın nəticəsinə görə Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası I, Balakən rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası II, Tovuz rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası isə III yerə layiq görülüblər.
Fidan
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT































