Əhali avtobusdan, yoxsa avtomobildən daha çox istifadə edir? - SORĞU

Sosial Tədqiqatlar Mərkəzi Bakı şəhəri əhalisi arasında nəqliyyatdan istifadə ilə bağlı telefon sorğusu keçirib. Sorğuda 1254 respondent iştirak edib. Sorğuda əminlik intervalı 95.0%, statistik xəta əmsalı 2.8% təşkil edib.
Avtosfer.az xəbər verir ki, sorğuda iştirak edənlərin 793 nəfəri avtobusdan, 461-i nəfəri isə müntəzəm olaraq şəxsi minik avtomobilindən istifadə edir. Ümumiyyətlə, bütün seçmə üzrə avtobus, sifarişli taksi və 1 manatlıq taksilərdən istifadə tezliyi haqqında məlumatlar müvafiq diaqramda göstərilib.
Avtobus istifadəçilərinin 26.7%-i BakuBus, 73.3%-i isə yerdə qalan şirkətlərin idarə etdiyi avtobuslardan istifadə edir. Avtobus istifadəçilərinin mütləq əksəriyyəti (97%-i) getdikləri ünvana çatmaq üçün 1 və ya 2 avtobusa minir.
Avtobusdan intensiv qaydada istifadə edən 793 respondentin 50.6%-i avtobusdan hər gün, 49.4% isə həftədə bir neçə dəfə istifadə edir. Onların arasında müxtəlif tezliklərlə sifarişlə taksidən istifadə edənlərin çəkisi 73.2% təşkil edib. Müntəzəm olaraq şəxsi avtomobil sürən 461 respondentin təxminən 5.2%-i və 7.4%-i müvafiq olaraq həftədə bir neçə gün avtobusdan və sifarişlə taksidən istifadə edir.
Avtobus istifadəçilərinin əsas hissəsi aylıq gəlir səviyyəsi 251-500 manat aralığında olanlardır (37.5%). Əsasən bu nəqliyyat vasitəsindən istifadə edənlərin 48.2%-i işləyir, 27.7%-i iş axtarmır və 6.8%-i isə tələbədir. Avtobusdan istifadə edənlərin 70.9%-i isə qadınlardır.
18-25 yaş aralığında olanların 39.7%-i, aylıq gəlir səviyyəsi 251-500 manat aralığında olanların isə 44.2%-i avtobusdan hər gün istifadə edir. Aylıq gəlir səviyyəsi 1000 manatdan yuxarı olanların isə hər on nəfərindən (9.7%) biri bu tezlikdə avtobusu seçir. Heç bir halda avtobusdan istifadə etmədiyini deyən 375 respondentin üçdə bir hissəsi (31.5%) aylıq gəlir səviyyəsi 1000 manatdan yuxarı olanlardır.
Əsasən minik avtomobili sürənlərin demoqrafik xarakteristikalarına baxdıqda, aylıq gəlir səviyyəsi artdıqca avtomobil sürücülərinin sayının artdığını müşahidə etmək olar. Məsələn, 461 respondentin 31.5%-i və 22.1%-i aylıq gəlir səviyyələri müvafiq olaraq, 1001+ və 751-1000 manat aralığındadır. İstisna hal kimi aylıq gəlir səviyyəsi 251-500 manat aralığında olanların 21%-i üçün minik avtomobili əsas nəqliyyat vasitəsidir. Minik avtomobili sürənlərin 73.3%-i hazırda işləsə də, 10.6%-i iş axtarışındadır. Gender cəhətdən isə avtobuslarda müşahidə edilən vəziyyətin tam əksi qeydə alınıb – sürücülərin 78.5%-i kişilərdir.
Leyla
Bakıda yeni standartlar tətbiq olunur – Pandus problemi həllini tapacaq? – Ekspert AÇIQLADI
Sarı-ağ "zebra"lar təhlükəsizliyi artırır? – ARAŞDIRMA
Minimum parklanma tələbi şəhərlərə nə vəd edir? – ARAŞDIRMA
Qəzaların qarşısını almaq üçün bu qaydaya əməl etməlisiniz - VİDEO
Yolun üzərindəki bu nişanlar nəyi bildirir? – Bakıda yeni TƏCRÜBƏ - FOTO
Avtomobildən zibil atanları hansı cəza gözləyir? – VİDEO
Çəkələklə maşın sürənləri nə gözləyir? - İZAH - VİDEO
Yeni ünvanlar niyə xəritələrdə görünmür? – Səbəbi AÇIQLANDI
Rahat şəhər mühitinin sirri nədir? – Brüssel nümunəsi - FOTO
Bu sadə vərdiş sizi ağır qəzadan xilas edə bilər – Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Avtomobillər və sürücülər üçün yenilik; Rəqəmsal pasportun yaradılması təklif edilir - AÇIQLAMA










