Eynəklə vəsiqə alan sürücü eynəksiz maşın sürə bilər? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Eynəkdən istifadə edən şəxslər sürücülük hüququ əldə edərkən vəsiqənin xüsusi qeydlər bölməsində "eynəklə idarə edilməsinə icazə verilir" sözləri yazılır. Vəsiqəsində bu cür qeyd yazılan sürücü eynəksiz avtomobil idarə edərsə onu hansı məsuliyyət gözləyir?
Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov qeyd edir ki, sürücülük vəsiqəsində qeyd olunan məlumatlarla bağlı
2018-ci ilin may ayında "Yol hərəkəti haqqında" qanuna dəyişiklik olundu. Qanunun yeni redaksiyasına görə sürücülük vəsiqəsindəki xüsusi qeyd bölməsində "eynəklə idarə etməsinə icazə verilir"- deyə qeyd ola bilər. Təbii ki, bu, həkimin tibbi rəyi əsasında olur. Amma qeyd yazılandan sonra sürücü nəqliyyat vasitəsini eynəksiz idarə edərsə burada onun məsuliyyətə cəlb olunması ilə bağlı qanunvericilikdə heç nə qeyd olunmayıb.
Ona görə də belə bir qeydi olan vəsiqə sahibi bu günkü gündə eynəksiz nəqliyyat vasitəsi idarə edərsə hansısa bir məsuliyyətə cəlb edilə bilməz.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












