Facebook-da paylaşımınızın daha çox insan tərəfindən görülməsinin ən doğru zamanı

Bəzən Facebook-da paylaşım edərkən heç kəs paylaşdığımızı bəyənmir, bəzən də paylaşımımıza gözlədiyimizdən qat qat çox "bəyən" və "şərh" gəlir. Bəs səbəb nədir? Necə edək ki, hər paylaşdığımıza daha çox bəyən və şərh gəlsin?
Avtosfer.az ted.az-a istinadən bildirir ki, Buzz Sumo komandası facebookda 1 milyard paylaşımı analiz edib və nəticədə bu suallara cavab tapılıb.
Paylaşım üçün ən doğru zaman sizin düşündüyünüz zaman deyil
Siz Facebook-da paylaşım edərkən həmin paylaşımınız sizin səhifəni bəyənən və izləyənlərə göstərilir.
Dəqiq nə qədər insana göstərilməyi isə "organic reach"-dən aslıdır. "Organic reach" isə bir çox faktorlara görə müəyyən olunur - ən əsası sizin öncəki paylaşımlarınızda izləyiclərinizin aktivliyi və paylaşdığınız zaman. Əgər paylaşdığınız zaman çox insan paylaşım edirsə və onlayn az insan varsa sizin paylaşıdığınızın görünmə ehtimalı çox aşağı düşür.
Siz düşünə bilərsiniz ki, insanlar facebook-da çox olan zaman paylaşım edim və o zaman daha çox insan görmüş olar, lakin digərləri də sizin kimi düşündüyü üçün hər kəs eyni zamanda paylaşım edir və paylaşımın görünmə rəqabəti artır. Beləliklə, insanların çoxunun onlayn olduğu zamanda etdiyiniz paylaşımı az adam görür.
Qrafikdən də göründüyü kimi insanlar əsasən pik vaxtlarda paylaşımını edirlər və o zamanda görünmə rəqabəti yüksək olduğundan paylaşıma az like və comment gəlir.
Facebook-da paylaşım etmək üçün ən uyğun zaman 21:00-23:00 arasıdır. Bu zaman həm insanların çoxu onlayn olur, həm də bu zaman paylaşımlar az olur.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












