“İnamla səyahət: İnklüziv ictimai nəqliyyat mühitinin yaradılması” - FOTO

Azərbaycan Milli Avtomobil Klubu (AMAK) “İnamla səyahət: İnklüziv ictimai nəqliyyat mühitinin yaradılması” layihəsi çərçivəsində və BMT-nin 2021-2030-ci illər Yol Hərəkəti Təhlükəsizliyi üzrə Onillik Fəaliyyət Planına başlanmasına dəstək məqsədilə “BakuBus” MMC-nin ictimai nəqliyyat sürücülərinə təlim keçib. Təlim Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı (EASST) və Beynəlxalq Avtomobil Federasiyası (FIA) ilə birgə hazırlanıb və AMAK tərəfindən Azərbaycan dilinə tərcümə edilərək təşkil edilib.
BMT-nin 2021-2030-ci illər Yol Hərəkəti Təhlükəsizliyi üzrə Onillik Fəaliyyət Planında hər bir yol istifadəçisinin yollardan bərabər şəkildə istifadə etməsi, inklüzivliyin təmin olunması nəzərdə tutulub və bir sıra tövsiyələr öz əksini tapıb. Qlobal Planın məqsədləri arasında şəxsi avtomobillərdən istifadəni azaldaraq diqqəti ictimai nəqliyyat və velosipedlərin istifadəsinə yönəltməkdir. Məhz buna görə də, AMAK əlilliyi olan insanların ictimai nəqliyyatda müyəssərliyinin təmin edilməsini bu istiqamətdə görüləcək ən vacib işlərdən hesab edir. Belə ki, təşkil olunan təlimin məqsədi əlilliyi olan insanların ictimai nəqliyyatda daha inamla səyahət etmələrini təmin etmək, sürücüləri müxtəlif əlilliklə bağlı daha geniş məlumatlandırmaq, praktiki məşğələlər vasitəsilə onların biliklərini daha da artırmaqdır.
Təlim zamanı sürücülərin fikirlərini daha ətraflı öyrənmək üçün təlim öncəsi və sonrası sorğular keçirilmiş və nəticələrin müqayisəsi aparılıb.
Bundan əlavə bir sıra əlilliyi olan insan təlimdə iştirak edərək ictimai nəqliyyatda qarşılaşdıqları çətinlikləri bölüşüb və öz tövsiyələrini verib. İştirakçılar da müxtəlif modullar zamanı öz şəxsi təcrübələrini bölüşərək fəal şəkildə təlimdə iştirak edib.
Bu cür təlimlərin cəmiyyət üçün faydalı olduğu bildirilmiş və daha geniş kütlə üçün keçirilməsini tövsiyə edib.
Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO
Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO
Piyada qəfil yola çıxarsa sürücü nə etməlidir? – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ
Sürücülərin diqqət etmədiyi təhlükə: Avtobusla piyadaların arasında qalmaq – VİDEO
Sürücülər qəzalardan yayınmaq üçün nəyə hazır olmalıdır? – Mütəxəssis AÇIQLADI – VİDEO
Sürücünün düşüncə tərzi qəzaya səbəb ola bilərmi? – Mütəxəssis AÇIQLADI - VİDEO
Sürücülərin bu səhvləri avtomatik sürətlər qutusunu sıradan çıxarır - ARAŞDIRMA
Sürücülərin çoxu bu səhvi edir: İsti havada avtomobili necə düzgün soyutmaq olar?
"Dayanma" ilə "durma"nın fərqi nədir? – Mütəxəssisdən İZAH – VİDEO
















