Kombayn mexanizatorlarına pulsuz təlimlər keçirildi - FOTO
Öyrənək
1 Aprel 2021 14:03

“Aqroservis” ASC-nin Yevlax regional nümayəndəliyinin nəzdində fəaliyyət göstərən təlim-tədris mərkəzində kombayn mexanizatorlarına ödənişsiz təlimlər keçirilib. Avtosfer.az xəbər verir ki, cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə təşkil olunan təlimlərə “New Holland TC 4.90” markalı taxılyığan kombaynları idarə edəcək 90 mexanizator cəlb edilib. Təlimlərdə mexanizatorlara kombaynların idarə edilməsi, düzgün texniki xidmətin göstərilməsi, texnikaların nizamlanması işləri, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı ətraflı məlumat verilib.
Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqroservis” ASC-nin nümayəndə heyəti tərəfindən video görüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunub. Mexnizatorlara kombaynın idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani nümayiş etdirilib.
Təlimdən sonra imtahandan keçən hər bir mexanizatora (operatora) sertifikat təqdim edilir. Qeyd edək ki, sertifikatı olmayan mexanizatorlarla “Aqroservis” ASC tərəfindən operativ lizinq müqaviləsi bağlanılmayacaq.
Qeyd edək ki, 25-31 mart tarixlərində baş tutan təlimlərdə karantin rejiminin tələblərinə ciddi əməl olunub.



Oxunub : 1834
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 12:00
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
12 Noyabr 2026 16:30
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
11 Noyabr 2026 11:00
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
7 Noyabr 2026 10:41
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
6 Noyabr 2026 20:30
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
6 Noyabr 2026 10:00
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
6 Noyabr 2026 09:30
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
5 Noyabr 2026 11:00
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
4 Noyabr 2026 12:30
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
4 Noyabr 2026 11:00
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
2 Noyabr 2026 11:30
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
2 Noyabr 2026 10:48
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ŞƏRH YAZ












