Maşınların nağdsız alış verişində kim qazanacaq: alverçi, yoxsa alıcı? - VİDEO

Azərbaycanda avtomobil satışı ilə bağlı yeni qayda müəyyən edilib. Belə ki, Gələn ildən ölkədə ixtisaslaşmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsi ilə avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək. Bu məsələ “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qeyd edək ki,ölkədə artıq bir çox əqdlər zamanı rüsumlar yalnız nağdsız formada ödənilir. Daşınmaz əmlakın alqı-satqısı zamanı məhz bu qaydadan istifadə edilir. Tək avtomobil sektorunda deyil, bütün sahələrdə alqı-satqı proseslərinin nağdsız və elektron qaydada həyata keçirilməsi uçotun tənzimlənməsinə imkan verəcək.
Yeniliyin alıcılara təsirinə gəlincə isə nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib ki, bank üzərindən əməliyyatlar olanda artıq vətəndaşın əlində bir sənəd olur ki, gələcəkdə belə bir məsələ məhkəmə predmetinə çevriləndə, digər mübahisəli məqamlar ortaya çıxanda həmin sənəd əsasında sübut edir ki, mən bu maşını əldə etmək üçün bu qədər vəsait ödəmişəm. Bu həm də etibarnamə ilə avtomobil alqı-satqısının minimallaşmasına gətirib çıxaracaq. Çünki bank üzərindən aparılan əməliyyat nəticəsində vətəndaşlar məcburdur ki, həmin avtomobili öz adlarına rəsmiləşdirsinlər.
Bununla yanaşı, Azərbaycana idxal olunan avtomobillərlə bağlı Vergi Məcəlləsinə və “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklər də şəffaflığın artırılmasına hesablanıb. Belə ki, “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyə əsasən, daxili yanma mühərrikli avtomobillərdə əgər mühərrikin həcmi 3000 kubsantimetrədən daha çoxdursa və istehsalı üç ildən artıqdırsa aksiz vergisi bir az qaldırılır.
İqtisadçı-ekspert Eldəniz Əmirov isə bildirib ki, hazırda Vergi Məcəlləsində edilən dəyişiklikdə, eləcə də avtomobillərin ölkəyə gətirilməsi, onun ili və mühərrik həcminə görə olan ƏDV göstəricilərində fərqlərin yaranması ölkədə gizli şəkildə avtomobillərin bahalaşmasına və ya ucuzlaşmasına səbəb olmayacaq. Bu, sadəcə olaraq müəyyən kateqoriyaya aid olan avtomobillər var ki, məsələn mühərrikin həcminin aşağı olması, eləcə də hibrid avtomobillərin ölkəyə gətirilməsində, gətirilməsi səviyyəsinin artırılmasına xidmət etmək məqsədi daşıyır.
Ekspertlərin fikrincə, yeni dəyişikliklər Azərbaycanda avtomobil bazarına ciddi təsir etməyəcək. Sadəcə bir az köhnə və mühərrikinin iş həcmi böyük olan avtomobillərin gömrük ödənişləri artacaq. Bu isə iş həcmi kiçik olan müərrikə malik avtomobillərə alıcıların marağını artıracaq.Məsələn, hibrid - daxili yanma mühərrikinin iş həcmi 2500 kubsantimetrədən az olan və istehsal ili üç ilə qədər olan avtomobillərin ƏDV-dən azad olunması buna sübutdur.
Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO
Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO
Piyada qəfil yola çıxarsa sürücü nə etməlidir? – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ
Sürücülərin diqqət etmədiyi təhlükə: Avtobusla piyadaların arasında qalmaq – VİDEO
Sürücülər qəzalardan yayınmaq üçün nəyə hazır olmalıdır? – Mütəxəssis AÇIQLADI – VİDEO
Sürücünün düşüncə tərzi qəzaya səbəb ola bilərmi? – Mütəxəssis AÇIQLADI - VİDEO
Sürücülərin bu səhvləri avtomatik sürətlər qutusunu sıradan çıxarır - ARAŞDIRMA
Sürücülərin çoxu bu səhvi edir: İsti havada avtomobili necə düzgün soyutmaq olar?
"Dayanma" ilə "durma"nın fərqi nədir? – Mütəxəssisdən İZAH – VİDEO










