Məhşur aparıcı insanlara "piyada mədəniyyəti" dərsi keçdi - VİDEO

Yollarda piyadalarla baş verən qəzalara diqqət çəkmək, insanları bir daha maarifləndirmək üçün Rusiyada məhşur aparıcı Nikolay Drozdovun iştirakı ilə maraqlı bir videoçarx hazırlanıb. Avtosfer.az bildirir ki, dünyanın bir çox ölkəsində piyada təhlükəsizliyi bu günlərdə yenə ön plandadır. Həmçinin ölkəmizdə də piyadaların iştirakı ilə faciəvi nəticələnən qəza axınını dayandırmaqdan ötrü dövlət və ictimaiyyət insanları məlumatlandırmaq, yolda düzgün davranışı xatırlatmaq üçün müxtəlif tədbirlər görür. Rusiyada "Heyvanlar aləmində" proqramının aparıcısı Nikolay Drozdovun cəmiyyətdəki müdrikliyi və yaxşı xasiyyəti ön plana alınaraq çəkilən videoçarxla insanlara bir daha yolda necə davranmalı olduqları xatırladılıb.
"Həyatım boyu qaydalara uyğun hərəkət etdim və bu mənə hərəkət azadlığı, bundan sonra da xoşbəxt yaşamaq azadlığı verdi" - deyən baş personaj təcrübəsini bölüşüb. Süjet boyunca yolda müxtəlif vəziyyətlər simulyasiya edir və hər birində aparıcı düzgün davranış modelini göstərir: yolun hərəkət hissəsini piyada zolağıyla keçmək, siqnalları izləmək, yolun kənarında hərəkət axınına doğru getmək, qaranlıqda əks etdirən elementlərdən istifadə etməklə və s.
Bununla da yol polisi tanınmış və sevilən bir simanın timsalında hər kəsə “nümunəvi piyada necə olmalıdır” mesajı ötürüb.
Aysel
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yola girsəniz 100 manat + 2 bal CƏRİMƏ OLUNACAQSIZ
Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO












