Məktəblərin qarşısında sürət həddi endirilsin - TƏKLİFLƏR VERİLDİ - FOTO

Azərbaycan Milli Avtomobil Klubu (AMAK), Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı (EASST) dəstəyi ilə 19 May 2021 tarixində 6-cı BMT Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi çərçivəsində 45 nömrəli tam orta məktəbin qarşısında maarifləndirmə kampaniyası keçirib. Kampaniyanın məqsədi insanların və nəqliyyatın sıx olduğu yerlərdə, eləcə də məktəb ətraflarında sürət həddinin 30 km/saata endirilməsinin vacibliyini qeyd etmək və bununla bağlı maarfiləndirməni təşkil etmək idi. Kampaniya zamanı AMAK və BMT-nin İnformasiya Mərkəzi ilə birlikdə piyadalara, sürücülərə və uşaqlara yaxınlaşaraq kampaniya barədə onları məlumatlandırıb və məktəb ətraflarında sürətin aşağı salınmasına dair fikirlərini öyrənib.
Bundan başqa Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov uşaqlara yaxınlaşaraq onların yol hərəkəti təhlükəsizliyi ilə bağlı biliklərini öyrənərək onlarla maarifləndirici söhbət aparıb. Vaqif Əsədov piyadalara, xüsusən valideynlərə yollarda daha ehtiyatlı olmağı, piyada keçidlərindən daima istifadə etməyi, sürücülərə isə qaydalara riayət etməyi və sürət həddinə daima riayət etməyi məsləhət görüb. Bunlarla yanaşı Vaqif Əsədov valideynlərdən məktəb ətrafında sürət, infrastruktur, yol nişanlanması və digər yol hərəkəti təhlükəsizliyi ilə bağlı çətinliklərin olub-olmaması ilə maraqlanıb və lazımi tədbirlər görülməsi üçün onları aidiyyatı qurumlara müraciət etməyə səsləyib.
Kampaniyada iştirak edənlər belə tədbirlərin əhəmiyyətini və davamlı olaraq keçirilməli olduğunu vurğulayıblar.
Nərmin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT

















