Reklam

Mənə pul qaytarılmır: bəs AZAL və Buta Airways vauçerlərini necə istifadə edə bilərəm?

Öyrənək 6 Dekabr 2021 13:16 Oxunub 1484
Mənə pul qaytarılmır: bəs AZAL və Buta Airways vauçerlərini necə istifadə edə bilərəm?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin mart ayında yeni koronavirus xəstəliyini rəsmi olaraq pandemiya elan etdi. Artıq həmin aydan dünya ölkələri sərhədlərini bağlamağa və müvafiq olaraq beynəlxalq uçuşları ləğv etməyə başladılar. Həmin vaxt 40-a yaxın aviaşirkət Azərbaycandan 30-a yaxın ölkəyə uçuşlar həyata keçirirdi.

Bir-iki həftə ərzində onların hamısı uçuşu dayandırdı və bu, Novruz bayramı ilə bağlı uzun tətil ərəfəsində baş verdi. Bir çox soydaşlarımız bu tətili xaricdə keçirməyə üstünlük verirlər. Əsas istiqamətlər, bir qayda olaraq, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan idi və daha varlı vətəndaşlarımız Avropa və ABŞ-a uçmağa hazırlaşırdılar.

Amma onların hamısı Novruzu evdə çox mehriban “Evdə qal” şüarı ilə qarşılamalı oldular. Alınan aviabiletlər “yanmadı” və aviaşirkətlər, o cümlədən milli Azərbaycan Hava Yolları və Buta Airways sərnişinlərə bir neçə seçim təklif edib.

“Pul yoxdur, vauçer saxla”

Əvvəlcə hər şey əvvəlcədən işlənmiş prosedura uyğun olaraq getdi - əgər uçuş aviaşirkətin təşəbbüsü ilə ləğv olunarsa, o zaman sərnişinə ya bileti başqa bir tarixə yenidən bron etmək, ya da pulu tam geri almaq təklif olunur. Birinci variantla bağlı xüsusi suallar yoxdursa, o zaman hava daşıyıcıları pandemiyanın erkən bitəcəyinə inanmayan çoxlu sayda sərnişinə pul kompensasiyası qaytarmağa hazır deyildilər.

Uçuşların ləğvi ilə bağlı açıqlamadan cəmi bir-iki həftə sonra həm AZAL, həm də “Buta Airways” aviaşirkəti açıqlama yayıb ki, sərnişinlərə pul əvəzinə biletə ödənilən pulun dəyərinə bərabər tutulan vauçerlər veriləcək. Onlar əvvəlcədən planlaşdırılan gediş tarixindən bir il ərzində istifadə edilə bilər. Sonradan onların müddəti iki il, bu yaxınlarda isə üçə ilə uzadıldı. Bu, milli aviadaşıyıcıya qarşı tənqid və neqativ səs-küyə səbəb olsa da, sonuncu bir çox dünya aviaşirkətlərinin buna əl atmaq məcburiyyətində qalmasına istinad etdi. Pul əvəzinə vauçerlər, məsələn, Lufthansa və Aeroflot tərəfindən də təklif edildi. WizzAir isə veb-saytdakı şəxsi hesabda həmin vəsaiti kredit şəklində sərnişinlərə geri qaytardı.

Vauçerlərdən istifadə qaydaları

Əvvəlcə vauçerlər heç kimi xoşbəxt etmədi. Aviaşirkət, onların yalnız COVID-19 bitdikdən sonra davam edəcək planlı uçuşlar üçün qüvvədə olacağını söylədi. Lakin dünyada koronavirusun yeni mutasiyaları ilə xəstəliyin yeni dalğaları yayılmağa başlayanda və hökumətlərin xüsusi şərtlərlə beynəlxalq uçuşları bərpa etməsi vəziyyəti yarananda AZAL bildirdi ki, sərnişinlər bu vauçerlərdən bir neçə istiqamət üzrə xüsusi reyslərdə, daha dəqiq o vaxt uçuşun bərpa edildiyi - İstanbul, Moskva və bir neçə başqa isqtiamətdə də istifadə edə bilər. Beynəlxalq uçuşların bərpasının mərhələlərlə necə getdiyini isə artıq ətraflı qeyd etmişik.

Maraqlıdır ki, Tbilisiyə aviabilet tamamilə pulsuz olaraq Moskva və ya İstanbula dəyişdirilə bilərdi ki, pandemiyadan əvvəlki dövrdə heç bir aviaşirkət buna getmədi. AZAL isə yalnız bir neçə tarif sinifləri fərqli qiymət olduğu halda əlavə ödəniş etməklə bu addımı atdı.

 

Vauçerdən istifadə etməyin ən yaxşı yolu nədir?

2021-ci ilin noyabrına AZAL və Buta Airways 15-ə yaxın istiqamətə uçuşlar həyata keçirir. Və hər ay yeni reyslərin açılması ilə bağlı press-relizlər alırıq. Maraqlıdır ki, 2022-ci ilin payızına kimi həyata keçiriləcək reyslər üçün artıq satışlar açıqdır və bu səbəbdən, növbəti yay tətilini vauçer hesabına planlaşdırmaq mümkündür. Yayda yüksək tələbat və ilk oturacaqların sürətlə satışı səbəbindən aviabiletlərin qiymətinin daha baha olmasını nəzərə alsaq, bu, xüsusilə faydalı olacaq (ətraflı şəkildə aviaşirkətlərin qiymət siyasəti haqqında məqaləmizdə oxuyun).

Vauçerin və ya köhnə aviabiletin yenisi ilə dəyişdirilməsi proseduru aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət etməklə həyata keçirilir. Əhəmiyyətli bir qeyd var - bileti yalnız bir dəfə dəyişdirə bilərsiniz. Təkrar müraciətə baxılmayacaq və ya artıq bu tarifə uyğun cərimə ödəmək lazım gələcək.

Çox bahalı istiqamətlərə, məsələn Nyu-Yorka aviabilet alanlar o qədər də şanslı deyil. AZAL-ın ABŞ-a uçuşları nə vaxt bərpa edəcəyi hələlik bəlli deyil və Amerikaya bileti , lakin Gürcüstana dəyişmək istəməyənləri də başa düşmək olar. Qeyd etmək lazımdır ki, bu vauçerlər daha ucuz istiqamətlər və ya xidmətlər (məsələn, əlavə baqaj əşyaları) üçün hissə-hissə dəyişdirilə bilər və vəsaitin qalan hissəsinə yeni vauçer verilə bilər. Və dediyimiz kimi, çeklərin müddəti 2023-cü ilə qədər uzadılıb, inşallah, karantin məhdudiyyətləri yüngülləşdikcə, getdikcə daha çox beynəlxalq uçuşların açılması xəbərlərini almağa davam edəcəyik. Və təbii ki, özünüzə yaxşı baxın və xəstələnməyin ki, çoxdan gözlənilən səfər yenidən təxirə salınmasın.

Mənbə: Aviatravel.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh