Moped sürənlərin nəzərinə - 100 manat cərimələnə bilərsiniz - VİDEO

Yollarda yeni təhlükə. Onlayn xidmətlərin çoxaldığı bir dönəmdə sifarişi ünvana vaxtında çatdırmağa çalışan moped sürücüləri yollarda qəza şəraiti yaradır. Onların anidən etdiyi manevrlər əsas avtomobil sürücülərini ciddi narahat edir. Məsələyə Bakı şəhər Dövlət Yol Polisindən də münasibət bildirilib.
Kimi işıqforun qırmızı işığına məhəl qoymadan yoluna davam edir, kimi də hərəkət üçün piyada səkilərini seçir.
Yolun əks itiqaməti ilə gedərək, qəza şəraiti yaradanlar da var.
Onların bir fikri var. Verilən sifariş ünvana vaxtında çatmalıdır. Elə bu məqsədlə də çıxdıqları yolda düz- səhv bilmədən hərəkət edirlər.
Moped sürücüləri isə tam əksini düşünür. Onların iştirakı ilə yollarda baş vermiş qəzalara görə, özlərini yox, avtomobil sürücülərini günahlandırırlar.
Bu mopedlərin heç birinin dövlət qeydiyyat nömrəsi yoxdur. Onları idarə edənlərdən sürücülük vəsiqəsi də tələb olunmur. Məsələ Bakı şəhər Dövlət Yol Polisini də narahat edir. Qurumun rəsmisi Araz Əsgərlinin sözlərinə görə, Yol hərəkəti haqqında qanuna görə, mopedçilər və velosipedçilər yolda olan digər hərəkət iştirakçıları kimi vəzifə və hüquqlara malikdirlər.
Belə ki, qanunun 46-ci maddəsinə görə, Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər.
Piyadalar üçün maneə yaratmamaq şərti ilə velosipedlərin yol çiyini ilə hərəkətinə icazə verilir. Araz Əsgərli bildirdi ki, moped və velosiped sürücüləri üçün qaydalar olmasına baxmayaraq son vaxtlar əksər sürücülər bu qaydalara əməl etmirlər.
Qeyd edək ki, İnzibati xətalar məcəlləsinin 338-ci maddəsinə görə, mopedçilər törətdikləri qayda pozuntularına uyğun olaraq 20-100 manat arasında cərimə oluna bilərlər.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












