Mühərrik yağı ilə yanacağa belə qənaət edin - FOTO

Getdikcə yanacaq qiymətlərinin artması sürücüləri necə qənaət edə biləcəyini düşündürür.
Bəs yanacağa qənaət etmək üçün nələri bilməliyik? Gəlin birgə nəzər salaq.
Avtomobillərin çox yanacaq yandırmasının ən başlıca səbəbi tez-tez "dayan-tərpən" etməkdir. Yəni maşını sıfır sürətə qədər saxlayıb yenidən sürətə gətirmək yanacağa mənfi təsir edir. Tam qaza basdığınız zaman motora bir anda yüksək həcmdə yanacaq getdiyi üçün sərfiyyat artır. Sürətinizi çalışın yavaş-yavaş artırın.
Sürətli gedərkən mütləq şüşələri bağlayın. Açıq şüşələr 100 km/s sürətdə 4% əlavə yanacaq yandırır. Sürəti 110-a qaldırdığınızda bu rəqəm 10% olur. Çünki salona dolan hava avtomobildə paraşüt təsiri yaratdığı üçün mühərrik həmin sürəti stabil saxlasın deyə əlavə yanacaq çəkməyə məcbur qalır.
Yanacağa qənaət edə bilmək üçün ən vacib məqam avtomobilin texniki vəziyyətinin saz olmasıdır. Motor yağını, hava filterini, şamları (sveça), yanacaq filterini vaxtı-vaxtında dəyişmək qənaət etmək üçün başlanğıcdır.
Ən əsası isə mühərrik yağını düzgün seçim etməklə yanacağa qənaət etmiş olursunuz. Məhsulun xüsusiyyətlərindən və avtomobilin iş rejimindən asılı olaraq yanacağa qənaət 1,5-dən 6% - ə qədər ola bilir. Bu qənaətcilliyin göstəriciləri müasir texnologiyalar əsasında istehsal edilən “VQLUBE” yağlarında özünü biruzə verir.Almaniya istehsalı olan bu mühərrik yağları öz orijinallığı ilə yanaşı bir sıra üstünlüklərə malikdir.
Avropa keyfiyyətini indi Azərbaycanda “VQLUBE” məhsulları ilə sınayın!
Aysel
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT














