Mühərrik yağının vaxtından tez korlanma səbəbləri nələrdir?

Motor yağının korlanmasının bir çox görünməz səbəbləri ola bilər. Bu gün sizinlə məhz bu mövzudan bəhs edəcəyik.
İlk olaraq yağın kimyəvi korlanmasına nəzər salaq. Mühərrik yağının temperaturu motor işlədikdə çox yüksəlir. Yağın içindəki minerallar, yüksək temperaturda hava içindəki oksigenlə birləşərək oksidləşir. Oksitləşmə və turşuluq səbəbi ilə mühərrik yağı qoruma xüsusiyyətlərini itirərək motor hissələri üzərində aşınma, oksitlənmə və saqqızlaşma meydana gətirir. Saqqızlaşma, segmanların ve supapların yuvasında sıxışıb qalmasına səbəb olur.
Digər bir səbəb isə yağın fiziki olaraq korlanmasıdır. Sovurma zamanı silindirə girən havanın içindəki tozlar, yanma nəticəsində meydana gələn çirklər, motor hissələrinin aşınmasından yaranan yonqarlar, karterə girən qazların içindəki benzin və ya mazut yağın çirklənməsinə və korlanmasına səbəb olur. Yağ filteri yağın içindəki çirklərin bir qismini təmizləsədə zaman-zaman bu yetərli olmaya bilər.
Əgər avtomobilinizdə hava filtri təmiz deyilsə, eyni zamanda aşağı keyfiyyətli benzindən istifadə edirsinizsə, o zaman ilk növbədə motor yağınızın keyfiyyəti aşağı düşəcək, katalizatorun işində nasazlıqlar yaranacaq.
Mütəxəssislərin daima tövsiyyə etdikləri etibarlı "Monza" mühərrik yağları ilə mühərrikiniz uzun ömürlü olmaqla yanaşı sakit işləyəcək və ən əsası isə iç hissəsi uzun müddət yüksək səviyyədə təmiz, naqarsız qalacaqdır.
Necə deyərlər keyfiyyətin əsl adı-Monza!
Aysel
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO













