Svetoforun düyməsini basıb yumruqlayan piyadaların DİQQƏTİNƏ! - Bunları bilməlisiniz

Dünya təcrübəsində piyada keçidləri ilə bağlı bir neçə təcrübə var ki, biri də nizamlanan keçidlərdir. Belə ki, svetoforun işığı ilə tənzimlənən keçidlər daha təhlükəsiz hesab olunur. Müasir dövrdə isə hərəkət intensivliyini nəzərə alaraq bu svetaforlar idarəolunan edilib. Yəni, piyada xüsusi düyməyə basmaqla yaşıl işığı yandırır və yolu keçir.
Son illərdə paytaxtın bir sıra küçə və prospektlərdə bu cür svetaforlar quraşdırılıb. Lakin müəyyən problemlər yaranır ki, bu da piyadaların mövcud cihazlardan düzgün istifadə etməməsinin nəticəsidir. Belə ki, həmin svetaforlarlarda müəyyən interval qoyulur. Yəni, bir piyada yolu keçdisə, növbəti şəxsin həmin düymədən istifadə etməsi üçün zaman lazımdır. Lakin təəssüflər olsun ki, piyadalar bu cihazlardan düzgün istifadə etmir. Deyək ki, bir nəfər yolu keçir və 30 saniyə sonra ikinci adam düyməni basır. Svetaforlar interval ilə tənzimləndiyi üçün həmin an yaşıl işıq yanmayacaq. Vətəndaşlar isə çox zaman bunu svetaforlarların işləməməsi kimi dəyərləndirib düyməni döyəcləyir. Nəticədə isə cihazlar sıradan çıxır.
Avtosfer.az bildirir ki, bir çox dünya ölkələrində 5-7 nəfər olmadıqda həmin düymədən istifadə olunmasına icazə verilmir. Yaxşı olardı ki, piyadalar yolu keçən zaman ətrafa baxsınlar və əgər digərləri varsa onları da gözləyib birlikdə yolu keçsinlər. Bu, həm hərəkət intensivliyinə maneə olmayacaq, həm də düzgün istifadə olacaq.
Orxan Əli
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yola girsəniz 100 manat + 2 bal CƏRİMƏ OLUNACAQSIZ
Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO












