Nömrəni buferin sağ və ya sol küncünə vurmaq olarmı? - EKSPERT İZAH EDİR

Bəzi avtomobillərdə dövlət qeydiyyat nişanı ön buferin sağ və ya sol tərəfinə vurulur. Əslində istehsalçı şirkət nömrə üçün yeri müəyyən etsə də sürücülər dövlət qeydiyyat nişanını başqa istiqamətə vurular. Qanunvericiklə bu qadağan deyil. Çünki qaydalar nömrənin ön və arxa buferin üstünə vurulmasını tələb edir. Amma buferin hansı hissəsinə vurulması məsələsi qanunda öz əksini tapmır. Bəs sürücülər niyə belə edir?
Avtosfer.az-ın araşdırmasına görə kamera və radarlar avtomobilin sağ və solunda yerləşən qeydiyyat nişanlarını bəzən tam oxuya bilmir. Sürücülər isə bunu fürsət kimi dəyərləndirir. Məntiqlə yanaşdıqda bunun özü qayda pozuntusu hesab oluna bilər.
Bəs hüquqi cəhətdən bu necə tənzimlənməlidir?

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən ekspert Elməddin Muradlı bildirib ki, bu məsələdə qanunvericikdə boşluq var. “Sürücülər də bunda sui-istifadə edir. Çünki qanunda nömrənin buferdə hara vurulması ilə bağlı standart müəyyən olunmayıb. Qanunda sadəcə yazılıb ki, dövlət qeydiyyat nişani minik avtomobilinin arxa və ön hissəsinə vurulmalıdır. Amma arxada və ya öndə konkret hara vurulması göstərilmir. Buna görə də sürücü nömrəni sağ və ya sol küncə vurduqda cərimə oluna və ya inzibati məsuliyyətə cəlb edilə bilməz. Radar və kameraların bu cür vurulmuş dövlət nömrə nişanlarını dəqiqliklə çəkə bilmədiyi məqamlar da var. Yəqin ki, qanunvericikdə müəyyən dəyişiklərin olması lazımdır. Zavod istehsalı olan nömrə yerlərindən başqa digərləri qaydaları pozmamalıdır. Amma ilk növbədə qaydanın özü müəyyən edilməlidir”.
Ekspert deyir ki, adətən bu cür avtomobillərdə dövlət nömrə nişanları tez-tez sıradan çıxır. “Avtomobillər qəza zamanı adətən buferin sağ və ya solundan vurulur. Bu vaxt da həmin dövlət nömrə nişanları yararsız hala düşür. Dəfələrlə şəhərdə əzik nömrə ilə maşın sürənlərə rast gəlinib. Nəzərə çatdırım ki, bu da artıq qayda pozuntusudur. Çünki nömrədə hər şey aydın şəkildə görsənməlidir”.

Ekspert hesab edir ki, sürücülər bu cür məsələlərdə diqqətli olsalar yaxşıdır. “Dövlət nömrə nişanı üçün istehsalçı şirkətlər yer və forma müəyyən edir. Bəzən dördkünc yerə uzun və ya əksinə, uzun yerə dördkünc nömrə vurulur. Bu da standartlara uyğun deyil. Eyni zamanda, nömrəni buferin sağ və soluna bərkidəndə də problemlər ola bilər. Çünki orada xüsusi yer olmadığı üçün nömrə düzgün bərkidilməyəndə düşəcək. Sürücü isə elan verib nömrə axtaracaq”.
Orxan Əli
Sürücülərin təhlükəli vərdişi: Zolaq dəyişmək niyə risklidir? – VİDEO
"Anti cib" modeli dayanacaqlarda təhlükəsizliyi artıracaq? - İZAH
Yol kənarında dayanan piyadalar niyə sürücülər üçün risk yaradır? – VİDEO
Qaraj alanda aldanmamaq üçün bu yazını oxuyun! - FOTOLAR
Bakıda bu ərazilərdə yeni dayanacaq pavilyonları quraşdırıldı – FOTOLAR
Bu məntəqələrin yanından keçərkən sürəti azaldın – Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Yayda avtomobili tez soyutmağın sadə üsulu – MÜTƏXƏSSİS AÇIQLADI
Tıxac niyə azalmaq əvəzinə artır? – Ekspert səbəblərini AÇIQLADI
Bir neçə zolağın eyni anda dəyişdirilməsi qəza riskini artırır – MÜTƏXƏSSİS – VİDEO
Gələcəyin nəqliyyat mühəndisi təkcə layihə çəkməyi bacarmamalıdır - EKSPERT
Yol kənarındakı bu maneələr qəza riskini artırır – MÜTƏXƏSSİS - VİDEO











