Ölümlə nəticələnən qəza zamanı sürücü bu halda həbs oluna bilməz - Hüquqşünas

Bakıda iki gün əvvəl "Kamaz"ın altına girən "BMW" sürücüsü ilə bağlı yeni xəbər var. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, yük avtomobilinin sürücüsə cinayət işi açılıb.
Qeyd edək ki, hadisə intihar xarakterli olub. Belə ki, "BMW" sürücüsü dostlarına zəng edərək halallaşıb və deyib ki, özümü maşının altına atmağa gedirəm. Daha sonra mobil telefonunu söndürüb. Binəqədi-Novxanı yolunda qarşı yola çıxaraq əvvəlcə yük maşını ilə toqquşub və sonra digər "Kamaz"ın altına girib. Hadisənin intihar olduğu ehtimal olunur. Dostları onu xilas etmək üçün ardınca gəlsələr də hadisə yerinə gec çatıblar. Avtomobil zərbədən yanıb. Sürücünün cəsədini lukdan çıxarıblar.
Belə halda yük maşınının sürücüsü məsuliyyətə cəlb olunmalıdırmı?
Hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, Cinayət-Prosessual Məcəllənin 209-cu maddəsinə və hazırda formalaşmış təcrübəyə əsasən, belə ölüm hallarında ilkin heç bir araşdırma aparmadan dərhal cinayət işi başlanılır. “Məsələn, aşkar görülür ki, adam evində özünü asıb intihar edib. Amma yenə də cinayət işi açılaraq hüquqazidd əməllərin olub-olmaması araşdırılır. Yəni, cinayət işinin başlanması hələ o demək deyil ki, burada kimsə ittiham olunacaq, kimsə cinayət məsuliyyətinə cəlb olunacaq və onun barəsində hökm olacaq, cəzalandırılacaq.”
Hüquqşünaş qeyd edib ki, araşdırmada ölümün səbəbinin müəyyən etməklə bağlı Məhkəmə Tibbi Ekspertiza keçirilir, onun şəxsiyyəti və işin digər halları dəqiqləşdirlir. “Hər bir halda belə hallarda obyektiv, dürüst və qanunauyğun araşdırma aparılmalıdır. Konkret bu hadisəyə gəldikdə isə əgər digər bütün materiallar, o cümlədən dostları ilə yazışmalar, danışıqlar işə əlavə olunmalıdır. Sonra yol nəqliyyat hadisəsinin detalları, xarakteri aydınlaşdırılmalıdır. Əgər deyilənlər hamısı təsdiq olunsa ki, doğrudan da intihar faktı var, yük avtomobili sürücüsünün heç bir təqsiri yoxdur, o zaman cinayət tərkibinin əlamətləri olmadığına görə cinayət işi üzrə icraata xitam veriləcək.”
Ərşad hüseynov bildirib ki, təcrübədə belə intiharlar var. “Dünyanın bir çox ölkələrində geniş yayılıb. Məsələn, İsveçdə ölümlə nəticələnən yol nəqliyyat hadisələri olanda daha detallı araşdırılır, hətta cinayət-prosessual qaydalarından kənarda araşdırma aparılır. Bir neçə il bundan qabaq orada bir araşdırma aparıblar. Qeyd olunub ki, sürücülərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisələrin təxminən 6-10 faizi intihardır. Bu məsələdə də analoji fakt təsdiqini taparsa dərhal cinayət işi üzrə işə xitam verilməlidir.”
Orxan Əli
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












