Parklanma zamanı bu nişanlara diqqət etməyənlər cərimələnə bilər - VİDEO

Sürücülər avtomobillərini parklanma yerlərində saxlayarkən yalnız parklanmanın ödənişli olub-olmamasına deyil, həm də nəqliyyat vasitəsinin hansı qaydada yerləşdirilməsini göstərən yol nişanlarına diqqət yetirməlidirlər.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov məlumat verib.
Onun sözlərinə görə, parklanma məntəqələrində parklanma yerini və ödənişli olduğunu bildirən nişanlarla yanaşı, nəqliyyat vasitəsinin hansı formada saxlanılmalı olduğunu göstərən əlavə məlumat nişanları da quraşdırılır.
Ekspert bildirib ki, bu nişanlar 7.6.1-dən 7.6.9-a qədər müxtəlif variantlarda olur və avtomobilin yola paralel, maili və ya digər qaydada park edilməsini müəyyən edir. Sürücü nəqliyyat vasitəsini məhz həmin nişanda göstərilən üsulla saxlamalıdır.
Əgər parklanma yerində avtomobilin yerləşdirilmə qaydasını göstərən əlavə nişan quraşdırılmayıbsa, bu halda nəqliyyat vasitəsi yola paralel şəkildə park edilməlidir.
Eldəniz Cəfərov qeyd edib ki, parklanma qaydalarına əməl olunması həm digər sürücülərin rahat hərəkətinə şərait yaradır, həm də inzibati məsuliyyət riskinin qarşısını alır.
Eltac Zülfüqaroğlu
Qəzaların qarşısını almaq üçün bu qaydaya əməl etməlisiniz - VİDEO
Yolun üzərindəki bu nişanlar nəyi bildirir? – Bakıda yeni TƏCRÜBƏ - FOTO
Avtomobildən zibil atanları hansı cəza gözləyir? – VİDEO
Çəkələklə maşın sürənləri nə gözləyir? - İZAH - VİDEO
Yeni ünvanlar niyə xəritələrdə görünmür? – Səbəbi AÇIQLANDI
Rahat şəhər mühitinin sirri nədir? – Brüssel nümunəsi - FOTO
Bu sadə vərdiş sizi ağır qəzadan xilas edə bilər – Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Avtomobillər və sürücülər üçün yenilik; Rəqəmsal pasportun yaradılması təklif edilir - AÇIQLAMA
Günün bu saatlarında avtomobil yumaq zərərlidir – XƏBƏRDARLIQ
Avtomobili quru otların üzərində park etmək yanğına səbəb ola bilər – XƏBƏRDARLIQ
Dairəvi hərəkətdə bu səhvi edən sürücülər 40 manat cərimələnir – VİDEO










