Pnevmatik şinlər haqqında nə bilirik? - TARİXÇƏ

Avtomobilin ən vacib elementlərindən biri olan pnevmatik şin təkər halqasında yerləşən təkərdən və kamerdən ibarətdir. Şin, şaquli yükü avtomobilin ağırlığından və avtomobilin sürətlənməsi, əyləci və dönməsi zamanı yol ilə təmas hissəsində yaranan bütün qüvvələri qəbul edir.
Təkər çarxında yerləşən şin və kamer - pnevmatik şindir.
İlk pnevmatik şin 1887-ci ildə Şotlandiya baytar həkimi Con Boyd Danlop tərəfindən icad edilmişdir. Əvvəlcə velosipedlərə tətbiq edildi. Şin yüklənməyə həssasdır, yol ilə təmasda olduqda zərbələri udur və yumşaldır.
PNEVMATİK ŞİNİN QURULUŞU
Şinlərin xarakteristikası, istifadə olunan rezin birləşmələrin keyfiyyətini, naxışını, dizaynını birləşdirərək əldə edilir.
PNEVMATİK ŞİNLƏRİN NÖVLƏRİ
Pnevmatik şinlərin 3 əsas növü var:
1. Yol üçün
2. Bütün mövsüm üçün
3. Universal
Yol - şinlərinə yay şinləri də deyilir. Şinlər quru yolda yaxşıdır, quru və nəm sərt səthlərlə dartma təmin edir.
Bütün mövsüm üçün şinlər - yay və qış şinləri arasında bir güzəşt variantıdır. Dartma baxımından, hər ikisindən bir qədər üstündür.
Faktiki olaraq qar olmadığı bir ölkədə yaşayırsınızsa, "bütün mövsüm üçün" dəsti il boyu istifadə üçün uyğundur.
Bütün mövsüm şinlərində all season, tous terrain və ya şərti işarələr (qar və ya damcı) qeyd olunur.
Universal şinlər - bütün hava şəraitinə uyğundur. Daha dərin naxışları ilə fərqlənir. Universal şinlərə M+S şinləri (kir və qar) daxildir.
Natiq Nazimoğlu
Avtoklub Azərbaycan
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












