Qab şampunu və ya üzqırxan köpüyü sürücünün hansı işinə yaraya bilər?

Evdə istifadə edilən avadanlıqlar avtomobildə də sürücünün işinə yaraya bilir. Avtosfer.az bildirir ki, sürücülər çox zaman həm pula qənaət, həm də qısa yolla işlərini həll etmək üçün alternativ vasitələrdən istifadə edir. Bu üsullar bəzən həqiqətən də işə yarayan olur. Mətbəxdə qab yuyan zaman istifadə edilən plastik barmaqlıq avtomobildə nə işə yaraya bilər? Avtomobildə ayaq altıqlarının arxasına yığılan su çox zaman paslanmalara səbəb olur. Plastik barmaqlığı xalçanın altına yerləşdirdikdə buradakı nəm daha sürətli quruyur. Bu sistem hər nə qədər işə yarayan olsa da təhlükəldir. Çünki ayaq altındakı xalça sürüşkən hala gəldiyi üçün sürücüyə çətinlik yarada bilər.
Qab yumaq üçün nəzərdə tutalan şampun isə avtomobilin şüşə silgəcinin daha yaxşı işləməsinə kömək edir. Bunun üçün sadəcə şüşə silgəclərinin su çəninə bir neçə damla qabyuma şampunu əlavə edə bilərsiniz. Bu zaman siləcəklər daha sakit və yumşaq işləyir, həm də xoş bir ətir meydana gəlir. Digər bir üsul isə yanacaq çənində yığılmış sudan xilas olmaq üçün benzinə aseton və ya spirt əlavə edilməsidir. Amma mütəxəssilər aseton istifadə etməyi məsləhət görmür. Çünki aseton yanacaq sistemindəki bir çox kauçuk və plastik komponentə zərər verə bilər. Bunun üçün etil spirti daha az təhlükəlidir. Ancaq bunu uzun bir səfərdən əvvəl etmək lazım deyil.
Qab yumaq üçün istifadə edilən metal setka da avtombildə sürüclərin köməyinə yetir. Katalizatorun tərpənməməsi və səs gətirməməsi üçün bu setkalar onun içinə doldurulur. Lakin mütəxəssislər bu üsulu da rəğbətlə qarşılamır. Çünku bu metal vasitə güclü istilik altında əriyərək avtomobilin digər hissələrinə zərər verə bilir. Hətta kişilərin üz qırxmaq üçün istifadə etdikləri köpük belə sürücünün işinə yarayır. Belə ki, avtomobilin ön şüşəsini çöl tərəfdən silməklə şüşənin tərləməsinin qarşısını almaq mümkündür.
Lakin yaranan hər problemi sürücünün həll etməsi də düzgün deyil. Mütəxəssis fikri hər zaman ən təhlükəsizidir.
Aysel
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Bu nişanı səhv başa düşən sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Sarı torun üzərində dayanmaq olarmı? – AÇIQLAMA – VİDEO










