Rayona gedən sürücülər yolda yuxulamamaq üçün bunlara əməl etməlidir - QAYDALAR

Uzun səyahətlər zamanı yarana biləcək təhlükələrindən biri də avtomobil idarə edərkən yuxuya getmək riskidir. Təcrübəli sürücülər, xüsusən də daim uzun səfərlərdə olub yük avtomobili idarə edənlər yuxuya getməməyin yollarını tapıb.
Avosfer.az bildirir ki, uzun səfərə çıxmazdan əvvəl hər bir sürücü öncə marşrutunu və mümkün ola biləcək istirahət yerlərini dəqiq müəyyənləşdirməlidir. Nəyin bahasına olursa-olsun uzun məsafəni bir anda qət etməyə çalışmaq çox risklidir. Yorğun sürücü yalnız özü üçün deyil digər yol istifadəçiləri üçün də təhlükəlidir.
Təcrübəli sürücülər səfər zamanı parklanma zonasında 30 dəqiqə yuxuya gedərək yorğunluqlarını çıxarıb sonra yola davam edir. Bu əbəs yerə deyil. İnsan yuxusunun fiziologiyasına əsasən yarımsaatlıq istirahət yorğunluğu aradan qaldırıb daha çevik hərəkət üçün gücü artırmağa imkan verir. Hətta bunun üçün yük maşını sürücülüəri telefonlarında alarm saatı qururlar.

Keçmişdə sürücülər buna görə maraqlı bir üsul istifadə edirdilər. Belə ki, yarım saat yatmağa qərar verən sürücü ovcuna bir neçə dəmir pul qoyaraq uzanırdı. Əlinin altına isə dəmir bir qab yerləşdirirdi. Sürücü dərin yuxu mərhələsinə girdikdə əzələlər boşaldığından pul əlindən düşüb dəmir qabda səs yaradırdı və bu da sürücünü yuxudan oyadırdı.
Bundan başqa mədə-bağırsaq traktının fəaliyyəti də uzun məsafələrdə sürücünün yuxuya getməməsinə imkan verir. Bir çox sürücü bunun üçün saqqızdan istifadə edir, bəziləri isə yol boyunca soyulmuş qoz-fındıq yeməyə üstünlük verir. Lakin bu düzgün deyil, çünki ardıcıl olaraq nəsə yemək mədə-bağırsaq sistemini yükləyir. Əgər sürücü yatmamaqçün bir şey yemək istəyirsə, o zaman sadəcə hər 5 dəqiqən-bir bir ədəd qoz-findiq yeməlidir.
.jpg)
Həmçinin sürücü uzun səfərlərdə içki olaraq buzlu çaylardan, qəhvə və ya qazlı sudan da istifadə edə bilər. Ancaq əgər sürücü ciddi yorğunluq hiss edirsə mütləq dincəlməldir.
Aysel
İşıqforlarda saniyəölçənin yığışdırılması təklif edilir; nəyə təsir edəcək? - ARAŞDIRMA
Ərazisi bəzi Avropa paytaxtlarından böyük olan Bakıda niyə tıxac var? – Rauf Ağamirzəyev - FOTO
Bakıdakı dairələr yollarda hərəkətə təhlükə yaradır? – Mütəxəssis RƏYİ - VİDEO
Sürücülərə XƏBƏRDARLIQ - Maşınınızdakı gizli təhlükəyə diqqət!
Hər bir sürücü həm də piyadadır, yollarda onlar daha diqqətli olmalıdır - EKSPERT - VİDEO
“Zebra”lar piyadalar üçün təhlükəsizliyi tam təmin edirmi? – Ekspertdən AÇIQLAMA
Hansısa manevrlə bağlı qadağanedici nişan yoxdursa, deməli, icazə var – MÜTƏXƏSSİS - VİDEO
Nömrə nişanlarının rəng və hərflərinə görə necə fərqləndiyini bilirdiz? - ARAŞDIRMA
Şəhər mühitində obyektlərə əlçatanlıq mövzusu GÜNDƏM OLDU - FOTO
Şəhərdə piyada üçün yaradılan şəraitə etiraz edənlər sürücülərdir - EKSPERT
Sürücünün alışdığı yanlış vərdişlər siqaret kimidir, tərgitmək çətindir – MÜTƏXƏSSİS - VİDEO










