SAE qatılaşma səviyyəsini necə seçək? - FOTO

Yağın ən əsas xüsusiyyətlərindən biri onun qatılığıdır. İlk növbədə mühərrikin şaxtalı havada işə düşməsinin asanlığı bundan asılıdır. Bu xüsusiyyət mühərrik yağının üç növünü müəyyən edir :bütün fəsillərə uyğun, qış və yay. SEA – avtomobilçi mühəndislər birliyi SAE xüsusiyyəti yağın qatılığını müəyyən edən beynəlxalq standartdır.Qış üçün yağ "W" hərfi və onun əvvəlində rəqəm ilə işarələnir (ingilis dilinin «winter»-qış): SAE 0W, 5W, 10W, 15W, 20W, 25W.
Yay üçün yağ sadəcə rəqəm ilə adlandırılır: SAE 20, 30, 40, 50, 60.
Bütün fəsillər üçün – bu yay və qış üçün göstəricilərin birləşməsidir, misal üçün SAE 5W40, SAE 10W-40. “Qış üçün” indeksi minimum hansı temperaturadək yağın istifadə edilə biləcəyinin tövsiyyə edildiyini göstərir. “Qış” qatılığını seçərkən avtomobilinizin istismar olunacağı ərazidə olan orta qış temperaturunu nəzərə almaq gərəkir. Nəzərə almaq lazımdır ki, mühərrikin hər işə salınması zamanı (nəinki soyuq havada hətta müsbət temperaturlu havada) yağ nasosunun yağı sürtünmə sisteminin bütün hissələrinə çatdırmaq üçün zamana ehtiyacı var. Bu müddət ərzində mühərrik, belə adlandırmaq olarsa yağ “aclığı” rejimində çalışır, bu zaman hissələrin aşınması və sürtünməsi çox artır. Belə aydın olur ki, yağ aşağı temberaturlarda axıcılığını nə qədər uzun müddət saxlaya bilirsə, o qədər tez sistemə pompalanacaq və mühərriki işə salınma müddətində qoruyacaqdır.
Mühərrikin yüksək istilik və həmçinin şaxta temperaturuna dözmə qabiliyyətini artıran komponentlərlə zəngin Monza yağı istənilən fəsil və hava şəraitində avtomobilinizin idarəsini maksimum rahat edəcək.Tövsiyyəmiz yağ seçməzdən öncə əvvəl onun xüsusiyyətlərini mütləq öyrənin və qərarınızı düzgün verərək avtomobilinizi MONZA yağlarına etibar edin!
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT














