Şəki polisi məktəblərdə - FOTO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü və Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə, eləcə də Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradovun göstərişi və nəzarəti altında rayonun təhsil müəssisələrində "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında maarifləndirici tədbirlər davam etdirilir. Növbəti tədbir fevralın 20-də Şəki şəhəri 6 saylı tam orta məktəbdə keçirilib.
Tədbirdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Polis Şöbəsinin azyaşlılar üzrə baş inspektoru, polis kapitanı Anar Xalıqov, inspektoru, polis kapitanı Səlim Səlimov, məktəbin direktoru Nərminə Abdullayeva, müəllimlər və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. Qeyd olunan mövzularla bağlı, hüquq mühafizə orqanlarının əməkdaşları çıxış edib ətraflı məlumatlar verərək, məktəbliləri maraqlandıran sualları cavablandırıblar.
Şagirdlər "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzusuna daha çox maraq göstərərək yol polisi əməkdaşına bir çox suallar veriblər.
Tədbirin yekununda, Şəki şəhəri 6 saylı tam orta məktəbin direktoru, Nərminə Abdullayeva, belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu cür maarifləndirici tədbirin keçirilməsinə görə, hüquq mühafizə orqanlarının əməkdaşlarına öz minnətdarlığını bildirib.
Emin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT













