Sənədsiz mühərriki qeydiyyata aldırmağın qanuni yolu - Rüsumu budur - VİDEO

Avtomobilin mühərrikini dəyişən sürücülər qeydiyyat zamanı bir çox hallarda problemlə üzləşir. Bu problemi əsasən sənədsiz mühərrik əldə edən sürücülər yaşayır. Mühərriki alarkən hansı sənədlərin zəruri olduğunu və sənədsiz mühərriki qeydiyyata aldırmağın qanuni yolunu hüquqşünas Ərşad Hüseynov “Düzgün Hərəkət” verilişində izah edib. O bildirir ki, mühərriki alan zaman mənbə sənədi olmalıdır. Mənbə sənədi deyərkən alqı-satıq müqaviləsi, xaricdən gətirilirsə gömrük sənədləri, hesab arayışı olmalıdır. Məsələn mağazanın verdiyi qaiməni qeydiyyat-imtahan idarəsinə təqdim etməklə 60 manata qanuni şəkildə qeydiyyata aldırmaq olar.
Bəs mühərrikin mənbə sənədi olmadığı halda bu proseduru qanuni şəkildə necə həll etmək olar?
Avtosfer.az xəbər verir ki, Ərşad Hüseynov sənədsiz mühərriki də qeydiyyata aldırmağın mümkün olduğunu bildirib. O qeyd edir ki, sürücü mənbə sənədini almadan mühərriki avtomobilin üzərinə quraşdırıbsa, bunu qeydiyyata aldırmaq üçün avtomobili qeydiyyat-imtahan idarəsinə təhvil verməlidir ki, araşdırılma aparılsın. Araşdırmanın predmeti də ondan ibarətdir ki, həmin mühərrik qaçırılmış avtomobilin mühərrikidir, yoxsa yox? Araşdırmanın müddəti maksimum 1 ay olsa da, bunu 3 günə də araşdırmaq mümkündür. Bu halda da 60 manat (30 manat qeydiyyat şəhadətnaməsi, 30 manat texniki baxış) rüsum ödənilməlidir.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












