Sərnişinlərlə kobud rəftar edən taksi sürücülərini hansı cəzalar gözləyir? - Şirkət onları bloklayacaq və..

Son zamanlar taksi sürücüləri ilə bağlı şikayətlər durmadan artır. Bəziləri sürücülərin kobud, xoşagəlməz rəftarlarından narazılıq edir, bəziləri kartla ödəniş etdiyinə görə taksi sürücüsünün lüzumsuz etirazından gileylənirlər. Müştəri ilə bazarlıq etməyə çalışan, əlavə ödəniş tələb edən, istədiyini almayanda sərt təpki göstərən sürücülərin sayı günü-gündən artır.
Belə olan halda, vətəndaşlar hara, necə şikayət etməlidir? Kobudluq edən taksi sürücülərini hansı cəzalar gözləyə bilər?
Bununla bağlı Sfera.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə qeyd edib ki, vətəndaşlar onlara qarşı kobud və xoşagəlməz rəftar edən, əlavə ödəniş tələb edən sürücüləri şikayət etmək hüququna malikdir:
"Ancaq şikayət etməmişdən öncə müəyyən etmək lazımdır ki, sürücünü hara şikayət etsən, daha effektiv nəticə əldə etmək və yaranmış problemi operativ qaydada daha tez necə həll etmək olar.
Məsələn, ictimai nəqliyyatda vətəndaşlara kobud rəftar edən sürücüləri Bakı Nəqliyyat Agentliyinə və avtobus şirkətlərinin ( Məsələn, BakuBus və CityBus və.s) özünə, fərdi qaydada "BOLT”, "UBER”, "MAXİM” və digər məhşur taksi xidməti şirkətləri ilə işləyən sürücüləri həm beynəlxalq taksi şirkətlərinin Azərbaycandakı nümayəndəliyinə poçt vasitəsilə yazılı şikayət göndərərək, habelə elektron qaydada birbaşa ölkə xaricində yerləşən şirkətin özünə şikayət etmək olar”.
Müsahibimiz qeyd edib ki, beynəlxalq şirkətlərdə vətəndaş məmnuniyyəti əsas prinsiplərdən biri olduğu üçün operativ qaydada tədbir görüləcək:
"Həmin şirkətin mobil tətbiqləri vasitəsilə də bunu etmək mümkündür. Sürücülərdən çoxsaylı şikayətlər daxil olarsa, həmin sürücülər şirkət tərəfindən bloklanır və həmin taksi xidmətlərindən sürücü kimi istifadə edə bilmir. Bundan əlavə, məsələn, sürücü piyadalar üçün nəzərdə tutulmuş yerdən keçərkən avtomobili piyadanın üzərinə sürüb qaçarsa və ya hər hansı formada inzibati xəta törədərsə, bu zaman hadisənin baş verdiyi ərazi üzrə polis idarəsinə və ya Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə şikayət etmək daha məqsədəmüvafiq olardı”.
İnkişaf etmiş ölkələrdə ictimai nəqliyyat şirkətləri gəlirlərini necə təmin edir? - ARAŞDIRMA
Bəziləri düşünür ki, qaydalara uyğun sürürsə, qəzada başqası günahkardır – MÜTƏXƏSSİS - VİDEO
Küçə və prospektləri düzgün planlaşdırılan şəhər təhlükəsizliyin təminatıdır - EKSPERT
Səkilərin olmaması şəhər həyatında hansı fəsadlara səbəb olur? – ARAŞDIRMA - FOTO
Avtomobil park etmək üçün bu 4 qaydaya əməl edilməlidir - MÜTƏXƏSSİS - VİDEO
Maşındakı bu konstruksiyalar yanacaq sərfiyyatını artırır – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
Bakıda fəaliyyət göstərən avtobusların sayı 2350-yə çatıb - EKSPERT
Maşında bu düymənin nə işə yaradığını bilirdiniz? - TÖVSİYƏ - FOTO
Maşından asılan bu aksesuara diqqət edin; əlavə xərc yarada bilər - TÖVSİYƏ
Piyadaların təhlükəsiz hərəkəti üçün ideal səki necə olmalıdır? - FOTO
Təhlükəsiz şəhər konsepti necə təşkil edilməlidir? – Ekspert AÇIQLADI - FOTO








