Sərxoş sürücünün maşını bu halda duracağa aparıla bilməz

Yol hərəkəti qaydalarının pozulmasına görə bir neçə hal var ki, həmin hallarda nəqliyyat vasitəsi Dövlət Yol Polisi İdarəsinin mühafizə olunan duracağına yerləşdirilir. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, bunlardan biri də nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olan şəxs tərəfindən idarə olunmasıdır. Lakin, sürücü sərxoş olan zaman bu halda nəqliyyat vasitəsi duracağa aparıla bilməz.
O hal hansıdır?
İnzibati Xətalar Məcəlləsinin 96.1.4-cü maddəsində qeyd olunub ki, sürücü nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən zaman, onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda avtomobil duracağa yerləşdirilir. Qanunun bu normasına görə sərxoş sürücü yol polisi əməkdaşı tərəfindən saxlanılan zaman onunla birlikdə gedən sərnişinin sürücülük hüququ varsa, bu halda avtomobil duracağa aparıla bilməz. Yəni, sərnişin sükan arxasına keçərək sərxoş sürücünü mənzil başına kimi apara bilər. Lakin bu o demək deyil ki, sürücü məsuliyyətdən kənarda qalır.
Belə halda sərxoş sürücünün sürücülük vəsiqəsi əlindən alınır və ona müvəqqəti sürmə talonu verilərək sərbəst buraxılır.
Təbriz
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












