Şəxsi avtomobillərə maraq niyə artıb? - Hüquqşünas izah edir

"Azərbaycanda fərdi avtomobillərin artmasının əsas səbəbi ictimai nəqliyyatın arzulanan səviyyədə olmamasıdır." Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov bildirib. O, qeyd edib ki, 2000-ci illərin əvvəllərindən başlayaraq məhz ictimai nəqliyyat xidmətinin bərbad olması səbəbindən xeyli insanlar fərdi avtomobil sahibi olmağa can atır, hətta bunun üçün ağır kredit şərtləri altına girir, ailə büdcəsinin son ehtiyatlarını xərcləyir. "Bunun ən aşkar təsdiqini bu il - hələ bitməmiş pandeniya ilində görürük. Rəsmi statistikaya əsasən, bu ilin ik 8 ayı (yanvar-avqust) ərzində Azərbaycana 33178 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Bu da keçən ilin ilk 8 ayı ilə müqayisədə 24,29% çoxdur. Maraqlısı odur ki, minik avtomobillərin idxalında artım daha yüksəkdir. Bu ilin 8 ayı ərzində idxal olunan avtomobillərin təxminən 31000 ədədi minik avtomobilləridir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 28,8% artım deməkdir."
Hüquqşünas bildirib ki, ilk baxışdan paradoksaldır, çünki iqtisadçıların qiymətləndirmələrinə əsasən, ən azından son 6 ay ərzində əhalinin gəlirləri azalıb. "Amma buna baxmayaraq, minik avtomobillərinin idxalı xeyli artıb. Sözsüz ki, bunun başlıca səbəbi pandemiya ilə əlaqədar insanların ictimai nəqliyyatdan çəkinməsidir. İctimai nəqliyyata etimadsızlıq bir qədər də zəifləmiş oldu. Zəruri mobilliyi təmin etməli olan insanlarımız isə çıxış yolunu fərdi avtomobillərdə görürlər."
Ərşad Hüseynov hesab edir ki, ağıllı və çevik nəqliyyat siyasəti yürüdülərsə, belə şəraitdə velosipedi də nəqliyyat kimi populyarlaşdırmaq ola bilər.
"Hələ ki, çox gec deyil... Bununla yanaşı, postpandemiya dörünə də hazırlaşmaq lazımdır. İctimai nəqliyyatın inkişafı, əhalinin etimadının qazanılması üçün ciddi işlərə ehtiyac var. Tıxacların qarşısının alınmasının, insanların bütün gəlirlərini fərdi avtomobil əldə etməyə və onun istismarına xərcləməsi zərurətinin aradn qaldırılmasının həlledici yolu ictimai nəqliyatın inkişafıdır."
Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO
Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO
Piyada qəfil yola çıxarsa sürücü nə etməlidir? – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ
Sürücülərin diqqət etmədiyi təhlükə: Avtobusla piyadaların arasında qalmaq – VİDEO
Sürücülər qəzalardan yayınmaq üçün nəyə hazır olmalıdır? – Mütəxəssis AÇIQLADI – VİDEO
Sürücünün düşüncə tərzi qəzaya səbəb ola bilərmi? – Mütəxəssis AÇIQLADI - VİDEO
Sürücülərin bu səhvləri avtomatik sürətlər qutusunu sıradan çıxarır - ARAŞDIRMA
Sürücülərin çoxu bu səhvi edir: İsti havada avtomobili necə düzgün soyutmaq olar?
"Dayanma" ilə "durma"nın fərqi nədir? – Mütəxəssisdən İZAH – VİDEO










