Sığortanı vaxtında yeniləmədikdə xərcə düşə bilərsiniz: 20 gün müddət nə üçündür?

Azərbaycanda mövcud qanunvericilə görə avtomobilin icbari sığortasının vaxtı bitdiyi zaman bir dəfə cərimə tətbiq olunur. Sonrakı 20 gün müddətində DYP tərəfindən sürücüyə cərimə tətbiq olunmur. 20 gün bitdikdən sonra isə yeni cərimə gəlir. Bəzi sürücülər isə bu müddəti sığorta müddətinin uzadılması kimi başa düşür. Eyni zamanda avtomobili addan-ada keçirən zaman sığorta müqaviləsinin dəyişdirilməməsi, həmçinin istifadədə olan mobil nömrənin təqdim edilməməsi halları baş verir. Bir çox hallarda isə sürücülər buna əhəmiyyət etmir. Sonda isə bir sıra problemlər ortaya çıxır.
Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, sürücülər 20 günlük müddəti fürsət kimi dəyərləndirməməlidir. “ İlk cərimədən sonra verilən bu müddət sürücünü DYP tərəfindən yenidən cərimə olunmaqdan azad edir. Amma bir məsələyə diqqət etmək zəruridir ki, daha artıq cəriməyə düşməyək. Sığorta müqaviləsinin vaxtı bitdiyi üçün həmin 20 gün ərzində hər hansı bir qəza hadisəsi olarsa sığorta şirkəti bu ziyanı qarşılamayacaq. Nəticədə sürücü özü əlavə xərcə düşəcək. Odur ki, sığorta müqaviləsinin vaxtı bitən kimi dərhal yenilənməlidir.”
Elməddin Muradlı deyir ki, sürücülər çox vaxt sığorta müqaviləsinin vaxtının nə zaman bitdiyini bilmədiklərindən şikayət edirlər. “Burada bir neçə amil mövcuddur. Əvvala sıorta müqaviləsi zamanı işlək mobil nömrə təqdim etdikdə İcbari Sığorta Bürosu müqavilənin bitməsi ilə bağlı sürücüyə SMS məlumat göndərir. Eyni zamanda avtomobili addan-ada keçirən zaman da diqqətli olmaq lazımdır. Sığorta müqaviləsi mütləq dəyişməlidir ki, əlavə problemlər çıxmasın.”
Qeyd edək ki, sürücülərin bu məsələlərə diqqətsizlik etməsi müəyyən neqativ problemlər ortaya çıxarır ki, müzakirə və əlavə vaxt itkisinə səbəb olur. Odur ki, əlavə xərcə düşməmək, vaxt itirməmək üçün məsuliyyətli olmaq daha yaxşıdır.
Orxan Əli
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












