Avtosfer.az | Reklam
Sosial şəbəkələrdə maraqlı layihə - Avtoklub
Öyrənək 25 Dekabr 2019 19:00 Oxunub 1376
Sosial şəbəkələrdə maraqlı layihə  - Avtoklub
Demək olar ki, son vaxtlar heç kişi üzvlərimiz də aktiv deyillər

Natiq Nazimoğlu Avtoklub Azərbaycan haqda Avtosfer.az-a məlumat verib.

Natiq Nazimoğlu 14 noyabr 1984-cü ildə Gəncə şəhərində anadan olub .

1991-ci ildə Gəncə şəhəri, M.Müşfiq adına 14 saylı orta məktəbin 1-ci daxil olub, 2001-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib 2001-ci ildə Azərbaycan Texnologiya Universitetinə daxil olub və 2005-ci ildə həmin universiteti bitirib.

Ailəlidir, 3 övladı var.

AVTOKLUB AZƏRBAYCAN Klubu 19 iyun 2017-ci il tarixində, Gəncə şəhərində, Facebook sosial şəbəkəsi üzərində qurulub. Klub Gəncə şəhərindən idarə olunur. Klubun qurucusu və baş administratoru Natiq Əliyev, Gəncə şəhəri üzrə moderatorları İlyas Xəlilov, Sahib Kazımov, Xaliq Əliyev, Niyazi Zeynalov, Sunay Hüseynov. Bakı şəhər üzrə administratoru Tural Hacı-zadə, moderatoru isə Ramil Əliyevdir. Klub müxtəlif sosial tədbirlərdə iştirak edir və özü də müəyyən tədbirlər təşkil etməyi planlaşdırır. Burada siz avtomobillərin yaranma tarixi haqqında Azərbaycan dilində geniş məqalələr ilə, YHQ-da, İXM-də edilmiş dəyişikliklər barədə tanış ola bilərsiz. 10 yanvar 2019-cu il tarixdə Klub Nizamnaməsi yaradılıb. Bu Nizamnamə ilə Klub qaydaları tənzimlənir. Nizamnamə 6 maddədən, onların submaddəsindən və sətirlərdən ibarətdir.

Necə oldu AvtoKlub Azərbaycan yarandı?

Bir neçə il öncə Bakı şəhərində facebook sosial şəbəkəsi üzərində yaradılmış avtomobil klublarına rast gəldim. Onların keçirdikləri klub üzvləri ilə görüşləri gördüm. Həmin görüşlərin şərh bölməsində isə Gəncədən və Gəncəbasar bölgələrdən olan bəzi sürücülərin yazdığı fikirlər diqqətimi çəkdi: fikirlərdə qeyd olunurdu ki, “heyif ki, uzaqdır maddi imkan və ya vaxt yoxdur gəlməyə”. Bu fikirlər məni cəlb etdi və özüm də avtomobil həvəskarı olduğumçün düşündüm ki, niyə də Gəncə şəhərində belə bir klub olmasın? Bütün həvəskar sürücüləri, avtomobil ustalarını bir araya toplayım. Beləliklə 19 iyun 2017-ci il tarixdə digər klublardan fərqli bir klub yaratmaq qərarına gəldim. Və beləliklə istənilən model avtomobil sahiblərini, həvəskarlarını bir araya toplamaq üçün klubu yaratdım və AVTOKLUB AZƏRBAYCAN adlandırdım, yəni bu ad altında respublikamızda və respublikadan kənar yaşayan istənilən model sahibləri klub üzvü ola bilər.

Kluba Üzv olmaq üçün neynəmək lazımdır?

Klubumuza üzv olmaq çox sadədir: Belə ki, Kluba üzv olmaq könüllü və ödənişsizdir. Klubun Namizəd yaşı 18-ə çatmış istənilən Azərbaycan Respublikasınn vətəndaşı qəbul edilə bilər. Ayrı-ayrı hallarda Kluba daxil olmaq üçün minimum yaş həddinin məhdudlaşdırılmasında istisnalar mümkündür. Üzvlük haqqında daha ətraflı qaydalar Klub Nizamnaməsinin 2-ci və 6-cı maddələrinin submaddələrində və sətirlərində qeyd olunub.

Klub Üzvləriniz yalnız kişilərdimi?

Tək kişilər yox, xanımlar da var, sadəcə utanclıqdanmı deyim ya bilmirəm hər hansısa səbəbə görə aktivlik göstərmirlər. Demək olar ki, son vaxtlar heç kişi üzvlərimiz də aktiv deyillər.

Klub niyə məhz sosial şəbəkə üzərində yarandı?

Biz artıq XXI əsrdə yaşayırıq. Müasir dövrün dili ilə desək virtual dünya real dünyanı önə keçib, bildiyimiz kimi müasir insanların çoxu demək olar ki, günlərinin, asudə vaxtlarının çox hissəsini internetdə, sosial şəbəkələrdən istifadə edərək keçirirlər. Kütlənin virtual aləmdə olduğunu nəzərə alaraq, Klubu sosial şəbəkə üzərində yaratdım. Cari ilin 27 yanvar tarixində klubun ilk təqdimat çəkilişi, 12 fevral tarixində Türkiyə Respublikasının TV8 İNT kanalına klub haqqında müsahibəm, 17 mart tarixində Gəncə şəhərində ilk dəfə olaraq Gəncə Grand Qafqaz ticarət kompleksində “RETRO” avtomobillərin sərgisi, 5 aprel tarixində Kəpəz TV-nin canlı efirində və 21 aprel tarixində Gəncə şəhərində ilk dəfə olaraq nano texnologiyalar üzrə seminar baş tutdu. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh