Sürücülərin diqqətinə: avtomobildə bunu vaxtında dəyişin, yolda qala bilərsiniz

Avtomobildə yanacaq nasosu xüsusi əhəmiyyət kəsb edir. Bir çox hallarda keyfiyyətsiz yanacaq sözügedən detalda problemlər yaradır ki, bu da sürücünü yolda qoya bilər.
"MediaPost"a danışan Etibar usta deyir ki, vaxtında müdaxilə olmadıqda müxtəlif fəsadlar baş verir: "Bəzi avtomobillərdə mikro kəfkir olur ki, benzinin nasosa daxil olan hissəsində yerləşir. Əlavə elementlərin nasosa daxil olmasının qarşısını alır. Amma müəyyən müddətdən sonra bu kəfkir dolur. Nəticədə nasos yanacağı çəkə bilmir. Təbii ki, belə olan halda avtomobil hərəkətdən qalır."
Usta deyir ki, tez müdaxilə olduqda nasosun özü zərər görmür: "Yanacaq filtri, mikrofilter vaxtında dəyişdikdə nasosda problem yaranmır. Sadəcə, təmizlənir və işlək vəziyyətdə olur. Amma bunlar edilmədikdə nasosun özü yana bilər. Nəticədə sürücü daha çox xərcə düşür".
Etibar usta bildirir ki, cəmi 2-5 manata olan bu filtrlər dəfələrlə bahalı nasosu qoruyur: "Bəzən sürücülər diqqətsiz olurlar. Nəticədə daha çox ziyan görürlər. Tövsiyə olunur ki, hər yağ dəyişən zaman yanacaq filteri də dəyişilsin. Eyni zamanda vaxtaşırı benzin nasosun açıb təmizləmək, mikrofilter varsa, dəyişmək məsləhətdir".

Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












