Sürücülük vəsiqəsi üçün 30 manata verilən tibbi arayış qanunidir? - RƏSMİ AÇIQLAMA

Sürücülük vəsiqəsi üçün verilən sağlamlıq haqqında arayış əvvəllər ödənişsiz olsa da son zamanlar arayış almaq istəyən şəxslərdən müəyyən məbləğlər tələb olunur. Bir neçə şəxs bu barədə Avtosfer.az-a məlumat verərək bildirir ki, onlardan 30-50 manat arası pul tələb olunur.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “İcbari tibbi sığorta üzrə xidmətlər zərfi”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarına əsasən sürücülük vəsiqəsi üçün tələb olunan sağlamlıq haqqında arayış 30 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, arayış üçün müəyyən edilmiş 30 manatdan əlavə alınan ödənişlər qanunsuz hesab olunur. Avtosfer.az-a verilən məlumata görə bəzi hallarda sağlamlığında nöqsan olan şəxslərdən əlavə ödənişlər alaraq onlara arayış verilir. Lakin bu cür şəxslərə sağlamlıq haqqında arayışların verilməsi yollarda ağır qəzaların baş verməsinə gətirib çıxarır. Ona görə də bu cür hallara qarşı ciddi mübarizə aparmaq üçün tibbi müayinəni bu formaya salmaq olmaz.
Fərid
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












