Təyyarədə artıq baqaj daşımağın başqa bir yolu

Amerikalı blogger və səyyah Kristen Black təyyarədə əl yükü qaydalarından necə yayınaraq yük keçirməyin yollarını anlatdı və beləcə internet istifadəçilərinin böyük marağını çəkdi. TikTok hesabında baqajı təyyarədə pulsuz daşımaq imkanından danışdı.
Yayımlanan videoda qız bir neçə gödəkçəni qatlayır və rulon şəklində bükür. Sonra yastığı təqlid edərək onu boynuna salır. Bu üsula "əla yer və pul qənaəti" adını verdi.
Bundan əlavə, Blek, turistlərin şəxsi əşyalarını daşımaq üçün üst paltarlarının boş ciblərindən və baş geyimlərinin altından istifadə etmələrini təklif edir. "Səyahətiniz zamanı aldığınız suvenirlər üçün şapkanızdan istifadə edin", -deyən blogger, 5,4 milyondan çox baxış cəlb edən posta sahib oldu.
İnternet istifadəçiləri səyahətçinin tövsiyələrinə birmənalı cavab verməyiblər. İzləyicilərdən biri isə bu fikrin qəribə olduğunu düşündü: "Gülməli görünür. Həqiqətən kimsə bunu edirmi? Mənə elə gəlir ki, bu yolla yalnız hava limanının təhlükəsizlik xidmətinin diqqətini çəkə bilərsiniz".
Digər istifadəçilər videonu yüksək qiymətləndirərək faydalı hesab etdilər. "Əla, nə gözəl bir fikirdir, amma hər şeyi çantaya necə qoyacağımı düşünürəm", "Məsləhət üçün təşəkkür edirəm, yadımda saxlayacağam", "Düşünürəm ki, baqajın çox olması halında əla fikirdir", şərhləri çoxluq təşkil etdi.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












