Tuneldən düşən beton parçası maşına ziyan vurub - Zərəri kim ödəyəcək? - VİDEO

Bakı şəhər sakini maşınla tuneldən keçərkən avtomobilinin üzərinə beton parçası düşüb. Belə bir iddianı Aynurə Salmanova özü səsləndirib. Aynurə Salmanova deyib ki, hadisə oktaybrın 13-ü Ramana qəsəbəsi, Əmir Bağırov küçəsindəki tuneldə baş verib. Onun sözlərinə görə, avtomobillə oradan keçərkən tunelin üzərində qatar hərəkət edirmiş. Həmin an tüneldən qopan beton hissəciyi maşının damını zədələyib.
Vətəndaşın müraciəti əsasında hadisə yerinə Sabunçu Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəliblər.
Tunledə müşahidə kamerası olmadığı üçün hadisə ilə bağlı görüntləri əldə etmək mümkün olmayıb. Polis əməkdaşları hadisə yerindən telefonla çəkiliş aparıb və vətəndaşa avtomobilinə dəymiş ziyanı təsdiq edən akt verilib.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC- dən bildirildi ki, bununla bağlı məsələ araşdırılacaq və aidiyyəti üzrə tədbir görüləcək.
Aynurə Salmanova avtomobilinə dəymiş ziyanın aidiyyəti qurum tərəfindən ödəniləcəyinə ümid edir. Əks təqdirdə o, hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirir.
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yola girsəniz 100 manat + 2 bal CƏRİMƏ OLUNACAQSIZ
Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO












