Velosipedi bu cür daşıyan sürücüləri hansı cəza gözləyir?

Avtomobillə gəzintiyə gedən sürücülər bəzən velosipedlərini də özləri ilə aparırlar. Avtomobilin yük yeri velosiped üçün kifayət etmədiyindən onu xüsusi qurğu ilə bana bərkidərək aparırlar. Sedan tipli avtomobillərdə həmin qurğu ilə daşınan velosiped bəzi hallarda işıq cihazlarının və ya qeydiyyat nişanının üzərini tutur.
Belə halla qarşılaşan bir neçə sürücü qeydiyyat nişanının üzərini örtən velosipedə görə 500 manat məbləğində cərimə olunduğunu iddia edir. Bunun nə dərəcədə qanuni olub-olmadığı isə sürücülərə qaranlıq qalıb.
Qeydiyyat nişanının üzəri bu cür bağlanarsa sürücünü hansı məsuliyyət gözləyir?
Avtosfer.az bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən istifadə edən sürücü 500 manatdan 800 manatək cərimə oluna bilər. Lakin velosipedin daşınması zamanı qeydiyyat nişanının görünməsi məhdudlaşarsa 500 manat cərimədən söhbət gedə bilməz. Çünki "Yol hərəkəti haqqında" qanunun 57-ci maddəsinin III hissəsinin 4-cü bəndində qeyd olunub ki, "daşınan yük xarici işıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarının üstünü
tutmamalıdır".
Bu maddənin tələbinin pozulması isə İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsiylə deyil, 327.1-ci maddəsiylə inzibati məsuliyyət yaradır. Bir sözlə velosipedin bu cür daşınması yük daşıma qaydalarının pozulması kimi qeydə alınaraq sürücüyə maksimum 40 manat cərimə yazıla bilər.
Təbriz Yusubov
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yola girsəniz 100 manat + 2 bal CƏRİMƏ OLUNACAQSIZ
Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz












