Vətəndaşlar rəsmi sənədlər itirildikdə, yaxud zədələndikdə nə etməlidir? - AÇIQLAMA

Rəsmi sənədlər, yəni diplomlar, şəhadətnamələr, doğum və evlilik haqqında şəhadətnamələr, əmlak sənədləri və digər vacib kağızlar gündəlik həyatımızda mühüm rol oynayır.
Avtosfer.az xəbər verir ki, zamanla bu sənədlər zədələnə, itirilə və ya yararsız hala düşə bilər. Belə hallarda vətəndaşlar hansı addımları atmalı, itirilmiş və ya zədələnmiş sənədləri bərpa etmək üçün hansı prosedurlardan keçməlidirlər?
Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev saytımıza bildirib ki, həm ümumi orta, həm də tam orta təhsil üzrə attestatını itirən şəxslər ilk olaraq oxuduqları təhsil mərkəzinin direktoruna rəsmi ərizə ilə müraciət etməlidirlər:

"Ərizədə mütləq şəkildə "Azərbaycan Müəllimi" qəzetində attestatın itirilməsinə dair elan verildiyi və axtarışa verildiyi qeyd olunmalıdır. Elan verildikdə attestat sahibi haqda məlumatlar - adı, soyadı, ata adı və attestatın detalları çox aydın göstərilməlidir. Bütün bu prosedurlardan sonra təhsil mərkəzinin direktoru attestatın dublikatını təqdim edir. Bu qayda Nazirlər Kabinetinin 24 may 2016-cı il tarixli qərarına əsasən həyata keçirilir".
Səbuhi Rzayev qeyd edib ki, diplomunu və ya ali təhsil şəhadətnaməsini itirən şəxslər təhsil aldıqları ali təhsil ocaqlarına rəsmi ərizə ilə müraciət etməlidir.
"Bu zaman ərizəyə şəxsiyyət vəsiqəsinin surəti, polis idarəsindən verilmiş "sənədin axtarışa verildiyinə dair" arayış və "Azərbaycan Müəllimi" qəzetində dərc edilmiş elan əlavə edilməlidir. Əgər təhsil sənədi zədələnib və ya istifadəyə yaramaz hala düşübsə, vətəndaş öz şəxsiyyət vəsiqəsini və köhnə sənədi təhsil mərkəzinə təqdim edərək rəsmi ərizə verməlidir".
Rzayev vurğulayıb ki, təhsil sənədinin yanması halında isə vətəndaş, Fövqəladə Hallar Nazirliyindən yanğın barədə akt alaraq şəxsiyyət vəsiqəsi ilə birlikdə təhsil mərkəzinə müraciət etməlidir.
Bütün bu hallarda təhsil mərkəzi məlumatları yoxlayaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə təqdim edir. Agentlik lazımi yoxlamaları apardıqdan sonra attestat və ya diplomun dublikatı hazırlanır və təhsil mərkəzinə təqdim edilir. Vətəndaş hazırlanmış yeni sənədi təhsil mərkəzindən ala bilər".

Həmçinin Ədliyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən nikah haqqında şəhadətnamə itdiyi və ya yararsız hala düşdüyü halda tərəflərdən biri seçdiyi yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə müraciət edə bilər:
“Qaydaların 9.7-ci bəndinə əsasən əgər nikah pozulmuşdursa, nikah haqqında təkrar şəhadətnamə verilə bilməz. Bu halda keçmiş ərin(arvadın) xahişi ilə ona müvafiq arayış verilə bilər”.
Fidan
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...











