Yayda qış təkəri istifadə etmək hansı fəsadlara yol açır? - Yanacağa təsir edirmiş

Qış təkərlərindən yay təkərlərinə keçmənin zamanı artıq bitir.
Qışda yay təkərləri ilə avtomobil idarə etmək nə qədər təhlükəlidirsə, yayda da qış təkərləri bir o qədər təhlükə yaradır. Qəzaların qarşısını almaq üçün təkərləri zamanında dəyişmək çox önəmlidir.
Avtosfer.az bildirir ki, qış təkərləri ilə isti havalarda, xüsusən də 20 dərəcədən çox hərarəti olan günlərdə yola çıxmaq qəzaya yol aça bilər.
Mütəxəssislər hələ də təkərlərini dəyişməyənlərə isti havalarda avtomobillərini qısa məsafələrdə sürməyi məsləhət görür.
Bundan başqa avtomobillərin yayda qış təkərləri ilə idarə edilməsi yanacaq sərfiyyatını da artırır.
Mütəxəssislər bildirir ki, təkər yumşaq olduğu üçün 20 dərəcədən daha isti havada vakumlar tıxanır. Nəticədə sürüşmə yaranır və bu hal qəzaya gətirib çıxarır. Yanacaq sərfiyyatının artmasına səbəb isə qış təkərlərində yaranan vakum nəticəsində onların yola daha çox yapışmasıdır. Belə ki, bu zaman mühərrikə güc düşür və yanacaq çox istifadə olunur.
Həmçinin qış təkərini yayda sürdükdə onun istifadəyə yararlılıq müddəti 1-2 ay daha qısalır.
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO












