Yol polisi istirahət mərkəzlərində maarifləndirici görüşlər keçirir - FOTO

Şəki Şəhər Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev şəhərin istirahət mərkəzlərində maarifləndirici tədbirlər keçirir. Avtosfer.az xəbər verir ki, istirahət mərkəzlərinin rəhbərləri və icarədarları ilə aparılan söhbətlər zamanı bildirilib ki, sürücülər tərəfindən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə birbaşa zəmin yaradır, eləcə də qəzaların ağırlıq dərəcəsinin yüksəlməsinə səbəb olur. Ona görə də, istirahət mərkəzlərinin rəhbərləri bu istiqamətdə, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Dövlət Yol Polisinə yaxından köməklik göstərilməsi üçün öz tövhələrini verməlidirlər.
Tural Nifatlıyev istirahət mərkəzlərinin rəhbərləri və ya icarədarları ilə söhbət apararkən, onlara öz işçilərinə gündəlik təlimatlar zamanı gələn qonaqlara və ya turistlərə spirtli içki qəbul edərək avtomobil idarə etməməyin tövsiyyə edilməsini tapşırmalarını, lazım gəldikdə isə ayıq sürücü ilə təmin olunmasına köməklik göstərilməsinin zərurililiyini qeyd edib.
Növbəti tədbir Şəki şəhərində fəaliyyət göstərən ən böyük istirahət mərkəzlərindən biri olan «Şəki Park İstirahət Mərkəzi»ndə keçirilib.
İstirahət Mərkəzinin texniki direktoru Nail Alxasov, bu cür maarifləndirmə tədbirlərinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə öz minnətdarlığını bildirib.
Emin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT













