Yol polisindən sürücülərə nömrə ilə bağlı yeni tələb – Qanun nə deyir?

Son vaxtlar yol polisi əməkdaşları yük daşıyan avtomobillərin sürücülərini saxlayaraq yeni tələb irəli sürür. Bu barədə bir neçə sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, yol polisi əməkdaşları minik avtomobillərinin bazasında istehsal edilmiş kiçik yük avtomobillərini saxlayaraq, ban hissəsində qeydiyyat nişanının təkrar yazılmadığına görə avtomobili duracağa aparırlar.
Qanun bu haqda nə deyir?
“Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsinin VII hissəsində qeyd olunub ki, dövlət qeydiyyat nişanlarının rəqəmləri və hərfləri yük daşıyan avtomobillərinin, qoşquların (minik avtomobillərinin və motosikletlərin qoşqularından başqa) və avtobusların (xüsusi kiçik avtobuslardan başqa) kuzovunun arxa divarında təkrar yazılmadıqda nasazlıq aradan qaldırılmalıdır.
Qanunda qeyd olunan cümlənin mötərizə hissəsində bu müddəanın minik avtomobillərinə və onların qoşqularına aid olmadığı konkret olaraq göstərilib. Yəni, minik avtomobillərinin bazasında istehsal olunan yük avtomobillərinin arxa hissəsinə qeydiyyat nişanının yazılması məcburi hesab edilmir. Hətta onu da qeyd edək ki, iri yük avtomobillərinin arxa hissəsində qeydiyyat nişanlarının yazılmamasına görə də sürücü məsuliyyətə cəlb edilə bilməz. Çünki İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində yazılıb ki, konstruksiyasının bu cür ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 manat cərimə nəzərdə tutulub. Bu nasazlığın aradan qaldırılması həmişə mümkün olduğu üçün sürücü məsuliyyətə cəlb oluna bilməz. O cümlədən, nasazlıq sayılan xətalara görə avtomobilin duracağa aparılması İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsində nəzərdə tutulmayıb.
Təbriz
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yola girsəniz 100 manat + 2 bal CƏRİMƏ OLUNACAQSIZ
Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər













