Yollarda maşınlar arasında ara məsafəsi nə qədər olmalıdır? - CAVAB

Hərəkətdə olan nəqliyyat vasitələri arasında saxlanılmalı olan ara məsafəsi nə qədər olmalıdır?Aparılan müşahidələr göstərir ki, qəzaların başvermə səbəblərindən biri də, yollarda avtomobillər arasında ara məsafəsinin düzgün seçilməməsidir. Məsafə düzgün götürülmədiyi halda hətta ölümlə nəticələnən zəncirvari qəzalar da baş verə bilər. Məhz bu problemlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi ötən gün sürücülərə müraciət edib. Müraciətdə sürücülərdən xahiş olunub ki, yollarda avtomobillər arasındakı məsafəyə diqqət yetirilsin.
Bu məsələdə əksəriyyəti maraqlandıran məqam isə tələb olunan ara məsafəsinin necə tənzimlənməsidir.
Bununla bağlı Lent.az-a danışan BDYP-nin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, qanunvericilikdə konkret olaraq ara məsafəsi üçün rəqəm göstərilməyib: “Avtomobillər arasındakı məsafə ilə bağlı qanunvericilikdə konkret olaraq, tələb edilən rəqəm yazılmayıb. Amma sürücülər özləri müəyyən etməlidir ki, qəfil tormozlama zamanı qarşıdakı nəqliyyat vasitəsi ilə qəza yaranmasın. Bu məsafə yollardakı sürət həddi ilə birbaşa əlaqəlidir. Təbii ki, yüksək sürət zamanı tormozlama zonası uzun olur. Buna görə də, sürətli yollarda ara məsafəsi daha çox götürülməlidir”.///lent.az
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












