“Yolunuzu bizdən salın!” onlayn yarışları yekunlaşıb - FOTO

11 iyun 2021-ci il tarixində DİN Baş Dövlət Yol Polisi İdarəsinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin direktorları ilə “Yolunuzu bizdən salın!” mövzusunda Respublika üzrə onlayn yarışınların nəticələrinə həsr olunmuş görüşü keçirilib. Onlayn formada keçirilən görüş Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Məqsəd müxtəlif bölgələrdə təhsil alan şagirdlər arasında yol hərəkəti qaydaları ilə bağlı maarifləndirmə işinin vacib olduğunu təbliğ etməkdən ibarət olub.
Görüşdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik leytenantı Mübariz Ağayev, Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva, yarışlarda iştirak edən rayon uşaq-gənclər inkişaf mərkəzlərinin direktorları və müəllimlər iştirak edib.
Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva çıxış edərək bölgələrdə yol hərəkəti qaydaları ilə bağlı maarifləndirmə işinin əhəmiyyətindən danışıb, bu istiqamətdə dərnəklərin açılmasının vacib olduğunu qeyd edib.
Mərkəzin şöbə müdiri Fəridə Süleymanova yarışın nəticələri ilə bağlı qısa məlumat verib.
Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik leytenantı Mübariz Ağayev çıxışında “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi nəticəsində yol qəzalarının sayının aşağı düşdüyünü qeyd edib. Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yol hərəkətinin təhlükəsizliyi ilə bağlı apardığı maarifləndirmə işini yüksək qiymətləndirərək onun iş təcrübəsinin bölgələrdə yayılmasını tövsiyə edib.
Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva, Ucar rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Mədinə Əhmədova, Göygöl rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Təranə İsmayılova, Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova, Qusar rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lena Cəlilova yarışa həvəslə qoşulduqlarını və nəticələrindən razı qaldıqlarını bildiriblər. Uşaqların yol hərəkəti qaydaları ilə bağlı bilik səviyyələrinin yüksəlməsində yarışların böyük rol oynadığını vurulayıblar. Bu cür yarışların ənənəvi olaraq hər il keçirilməsini təklif ediblər.
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Bu nişanı səhv başa düşən sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Sarı torun üzərində dayanmaq olarmı? – AÇIQLAMA – VİDEO























